Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Problem (14-07-2015, 14:40)
Təranə Qumral: “Musanın xəbəri yoxdur“

 

 

bitmap-img6


"O, internetə, saytlara girmir. Heç bir şeyi də oxumur"

 

MEDİATV.AZ bildirir ki, müğənni Təranə Qumral həmkarı Nazəninlə aralarındakı məhkəmə çəkişməsi ilə bağlı Ölkə.Az-ın suallarını cavablandırıb.
- Təranə xanım, mətbuatın yazdığına görə, məhkəmə sizi 10 min manat cərimələyib.
- Məhkəmədəə olmamışam, qərar da hələ çıxmayıb. Vəkilimin müdafiədən qaçması barədə deyilənlər də boş şeydir. Çünki mən onların qara yaxmağına öyrəşmişəm. Ona görə də mənimçün it hürər, karvan keçər. Kim nə istəyir yazacaqsa, mən gedib insanların qələmini tutan deyiləm ki.
- Nazənini həyat yoldaşı Məhəbbət Həsənovun fotosunu paylaşaraq sərt fikirlər yazmışdınız. Qarşı tərəfin bununla bağlı da məhkəmə iddiası qaldıracağındna narahat deyilsiniz ki?
- Getsin, yenə məhkəməyə versin. Mən heç bir məhkəmədən qorxmuram. Onlar məhkəmə qapılarında gəzməyə öyrəşiblər. Bu da mənə maraqlı deyil. Kim hara verəcək, versin. Guya məhkəməyə verib, nə edəcək? Nəyi udub ki, Nazənin? Deyir ki, guya məhkəmədə məni udub. Heç nə də udmamısan. Sən həyatını, ömrünü uduzmusan Təranəyə. Ömür boyu Təranə sənə göz dağıdır.
- Yazmışdınız ki, pas atmısan...
- (sözümü kəsir) Bəli, mən yazmışam. Qadın nə qədər çıxıb deyər ki, ərim məni aldadıb? Bir qadın bunu deməməlidir. Əgər deyirsə, hər şey qurtarmalıdır.
- Ümumiyyətlə, Məhəbbətdən Həsənovun sizə hansısa formada sevgi mesajı, yaxud simpatiyası olub?
- Heç bir vaxt elə bir şey olmayıb. Mən Nazəninin dediklərinə cavab olaraq onu demişəm. O deyir ki, mənim ərim ona baxır, ondan xoşu gəlir. Cavab vermişəm ki, ay yazıq, insan bunu bil-bilə bir insanın yanında necə yaşaya bilər? İnsanın qürur olmalıdır da. Bunu dəfələrlə deyirsən və onun böyründə oturmusan. Deməli, sən o adam üçün dəyərsizsən. Bir insanın yanındakı onu qane edəndə heç kimə baxmır. Sən özün deyirsən ki, belə elədi, filan elədi. Deməli, sən qürursuzsan, özünü alçaldırsan.
- Baş verənlərə həyat yoldaşınız Musa Musayevin reaksiyası necədir?
- Musanın bu məsələdən xəbəri yoxdur. O, internetə, saytlara girmir. Heç bir şeyi də oxumur.

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024