Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (8-01-2019, 09:55)
Bakıda evə hücum edən şəxslər hakim qarşısına çıxarılır

 Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Elnur Axundov  Rafiq Ağayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Mediatv.az-ın xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası yanvarın 9-na təyin edilib.
Qeyd edək ki, E.Axundov və R.Ağayev ötən il martın 7-də Baş Cinayət Axtarışı İdarəsi və Abşeron rayon Polis İdarəsi əməkdaşları tərəfindən yaxalanıblar. E.Axundovun əvvəllər məhkum olunduğu üzə çıxıb.
Məlumata görə, həmin şəxslər Ceyranbatan qəsəbəsi, Nərimanov küçəsində gecə saat 01:00 radələrində 36 yaşlı Könül Sahibovanın yaşadığı evə üzlərinə maska geyinərək basqın ediblər. Qadının evdə tək olmasından istifadə edən hər iki şəxs ikinci mərtəbənin pəncərəsindən mənzilə daxil olub və ona hücum ediblər.
Onlar zor tətbiq etməklə K.Sahibovanın əl və ayaqlarını bağlayıb, ağzına yapışqanlı lent yapışdırıblar. Bıçaqla hədə-qorxu gələn, pul və qızıl tələb edən həmin şəxslər mənzildən 50 manat və dəyəri 300 manat olan qızıl sırğaları götürərək qaçıblar.
Araşdırma zamanı E.Axundov və R.Ağayevin martın 2-də Ceyranbatan qəsəbəsində yaşayan Vüsalə Həşimovaya qarşı quldurluğa cəhd göstərdikləri məlum olub.
Hər iki dost həmin vaxt mənzildə olan 1988-ci il təvəllüdlü Vüsalə Həşimova və onun 2013-cü il təvəllüdlü qızı Zəhra Həşimovaya bıçaqla hədə-qorxu gəliblər. Onlar bıçaqla qadın və qıza müxtəlif dərəcəli xəsarətlər yetiriblər.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024