Kriminal (27-12-2018, 16:00)
Evin damından içəri girib arvadını öldürən şəxs hakim qarşısında
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Cəsarət İsgəndərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Mediatv.az-ın xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası yanvar 10-na təyin edilib.
Qeyd edək ki, hadisə Bakının Nərimanov rayonunda baş verib. Əliyar Əliyev küçəsi, 24 ünvanında yaşayan 51 yaşlı Fəhminə İsgəndərova qızı Leyla İsgəndərovanı həyat yoldaşı C.İsgəndərovla mübahisə etdiyi üçün ata evinə çağırıb.
Lakin L.İsgəndərovanın bu hadisədən hiddətlənən həyat yoldaşı C.İsgəndərov onların olduğu evə gəlib. Qapı və pəncərələr ev sahibəsi tərəfindən bağlı olduğundan C.İsgəndərov içəri evin damından daxil olub. Bu zaman o, əlindəki bıçaqla əvvəlcə həyat yoldaşına bir neçə zərbə vurub. Bununla sakitləşməyən kişi onları ayırmağa gələn qayınanası F.İsgəndərovanın ürək nahiyəsinə iki bıçaq zərbəsi endirib.
C.İsgəndərov törətdiyi cinayət əməlindən sonra hadisə yerindən uzaqlaşıb. Onun qayınanası hadisə yerində ölüb. L.İsgəndərova isə 5 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, yaralı 1-ci dərəcəli koma vəziyyətində olub. Daha sonra onun həyatını xilas etmək mümkün olub.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsi və Prokurorluğu tərəfindən cinayət işi başlanılıb. C.İsgəndərov istintaq qrupu tərəfindən saxlanılıb. Verilən məlumata görə, hadisə vaxtı o, sərxoş vəziyyətdə olub.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024