Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (4-01-2019, 13:04)
Keçmiş direktorun məhkəməsinə şahidlər məcburi gətiriləcək

 Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Qarabağ” Sudan İstifadə Edənlər Assosiasiyasının direktoru vəzifəsində işləmiş Telman Səlimov, Məhəmməd QafarovVaqif Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Mediatv.az-ın xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişlər və şahidlərin məhkəməyə gəlmədiyi elan olunub.
Hakim bildirib ki, zərərçəkmişlər və şahidlərin məhkəməyə gəlmələri ilə bağlı onlara dəfələrlə xəbərdarlıq edilib, lakin həmin şəxslər məhkəmənin çağırışına məhəl qoymurlar.
Bu səbəbdən məhkəmə onların barəsində məcburi gətirilmə barədə qərarı çıxarıb.
Məhkəmə prosesi yanvarın 11-nə təyin edilib.
Xatırladaq ki, T.Səlimov 27 may 2005-ci ildə Azərbaycan Respublikası Vergilər Nazirliyi 11 saylı Ərazi Vergilər Departamentində vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş “Qarabağ” Sudan İstifadə Edənlər Assosiasiyasının direktoru vəzifəsində işləyib.
O, bundan əvvəl də məhkum olunub. Bir müddət əvvəl Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə T.Səlimovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsi tətbiq edilib və ona şərti cəza verilib.
Dələduzluqda təqsirləndirilən T.Səlimovun cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılarkən eyni əmələ görə həbs edilib.
O, bu dəfə dələduzluqda M.Qafarov və V.Əliyevlə birgə ittiham edilir.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024