Kriminal (26-12-2018, 09:34)
Sumqayıtda idmançının ölümünü görən şəxslər məhkəməyə məcburi gətiriləcək

Mediatv.az-ın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Fərid Mehmanov ifadə verib.
O deyib ki, hadisə günü təqsirləndirilən Ramin ona məxsus evdə olub və mərhumla aralarında mübahisə yaranıb:
“Tərəfləri ayırdıq. Sonradan məlum oldu ki, mübahisə telefona görə olub”.
Sonra hakim digər şahidlərin məhkəməyə gəlmədiyini deyib. Buna görə də onlar barəsində məcburi gətirilmə qərarı çıxarılıb.
Proses yanvarın 8-də davam etdiriləcək.
Qeyd edək ki,ötən il Sumqayıt şəhərin 21-ci məhəlləsində bir qrup gənc arasında kütləvi dava olub.
Dava zamanı Sumqayıt şəhər sakini olan iki nəfər - 1992-ci il təvəllüdlüHəbibov Rasif Asif oğlu və 1988-ci il təvəllüdlü Dadaşov Samir Tahir oğlu bıçaqlanıblar. Yaralılar dərhal xəstəxanaya çatdırılıb.
Lakin bir neçə gün sonra R.Həbibov xəstəxanada dünyasını dəyişib.
Hüquq-mühafizə orqanların əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən ata və oğul – Ramil və Əhəd İsmayılovlar saxlanılıb.
Məlumatda qeyd edilib ki, hadisədə iştirak edən şəxslər qonşu olublar. Hadisə söyüş üstündə olub.
Faktla bağlı Sumqayıt Prokurorluğundan Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkənin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.
Onu da qeyd edək ki, R.Həbibov idmançı olub.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
Bu rayonun başçısından ağlasığmaz saxtakarlıq: Görün bir ərazini neçə şirkətə satıblar - FOTOFAKTLAR
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025