Kriminal (25-10-2017, 09:50)
Bakıda qadın qeyri-rəsmi nikahda yaşadığı şəxs tərəfindən öldürüldü
Bakıda qadın qeyri-rəsmi nikahda yaşadığı şəxs tərəfindən döyülərək öldürülüb.
Mediatv.az Report-a istinadla xəbər verir ki, qətl hadisəsi Sabunçu rayonunda baş verib.
Sabunçu Rayon Polis İdarəsindən (RPİ) verilən məlumata görə, Bakıxanov qəsəbəsi, Əli Babayev küçəsi ev 3, mənzil 4 ünvanında yaşayan 1982-ci il təvəllüdlü Sadıqova Gülnarə Tarıs qızı qeyri-rəsmi nikahda yaşadığı 1968-ci il təvəllüdlü Şaqalıyev Fərhad Cənnət oğlu ilə mübahisə edib.
Mübahisə zamanı F.Şaqalıyev qadına təpiklə zərbələr vurub. Sonra isə qadının boğaz nahiyəsinə zərbələr endirib. G.Sadıqova sonuncu zərbədən sonra hadisə yerində dünyasını dəyişib.
F.Şaqalıyev Sabunçu RPİ-ə gedərək könüllü təslim olub.
Faktla bağlı cinayət işi başlanılıb.
Qeyd edək ki, F.Şaqalıyev hadisəni törədərkən sərxoş vəziyyətdə olub. O, G.Sadıqovanın qeyri-rəsmi nikahda yaşadığı üçüncü şəxsdir. G.Sadıqovanın bir azyaşlı oğlu var.