Hadisə (2-04-2015, 14:18)
Qaradağda kişi bir gün əvvəl boşadığı arvadını bıçaqladı
Ötən gecə Bakıda bıçaqlanma hadisəsi baş verib
APA-nın məlumatına görə, Qaradağ rayon sakini, 34 yaşlı Günay Saday qızı Sadıqova Ələt qəsəbəsində yaşadığı evdə bıçaqlanıb. Çoxsaylı bıçaq xəsarətləri alan Günay Sadıqova qohumları tərəfindən xəstəxanaya çatdırılıb. Müayinə zamanı yaralıda 10 bıçaq xəsarətinin olması müəyyən edilib.
Zərbələrin çoxu daxilə nüfuz etdiyindən həkimlər Günay Sadıqovanın vəziyyətinin ağır olduğunu bildiriblər.
Araşdırmalar zamanı məlum olub ki, Günayı keçmiş həyat yoldaşı bıçaqlayıb. Belə ki, 3 uşaq anası olan Günay Sadıqova hadisədən bir gün əvvəl Qaradag Rayon Məhkəməsinin qərarı ilə həyat yoldaşından rəsmən boşanıb. Bundan sonra keçmiş ər sərxoş vəziyyətdə Günayın yaşadığı mənzilə gələrək, orada onu bıçaqlayıb. O, daha sonra hadisə yerindən qaçıb.
Faktla əlaqədar Qaradağ Rayon Polis İdarəsində cinayət işi başlanıb.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024