Cəmiyyət (26-08-2017, 18:16)
12 yaşlı qızı hamilə qoyan şəxs anasının sevgilisi imiş - İYRƏNC DETAL
Mediatv.az-ın modern.az-a istinadən xəbərinə görə, Balakən rayon Prokurorluğundan bildirilib ki, təqsirləndirilən şəxs artıq tutulub. Bu, 12 yaşlı qızın anasının vətəndaş nikahında qeyri-rəsmi yaşadığı şəxsdir: “Balakən rayon Prokurorluğuna hadisə ilə bağlı məlumat avqustun 25-i daxil olub. Hazırda cinayət işi başlanılıb və istintaq davam edir. Belə ki, təqsirləndirilən şəxs tutulub və barəsində həbs-qətimkan tədbiri görüləcək.
Qeyd edək ki, bu şəxs uşağın anasının qeyri-rəsmi yaşadığı Şindiyev Elçin Qədir oğludur”.
**
10:46
Balakəndə 12 yaşlı qız hamilə qalıb.
Rayon hüquq-mühafizə orqanlarından Lent.az-a daxil olan məlumata görə, rayon sakini, 2005-ci il təvəllüdlü C. Ş (ad-soyad şərtidir) səhhətində yaranmış problemlə əlaqədar Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.
Ultrasəs müayinəsi zamanı onun 22-23 həftəlik hamilə olduğu müəyyənləşib.
Dərhal bu barədə Balakən rayon Prokurorluğuna məlumat verilib.
Daxil olan məlumat əsasında Balakən rayon Prokurorluğu tərəfindən araşdırmalara başlanıb.
