Kriminal (1-11-2017, 10:39)
Ukraynada azərbaycanlı birgə yaşadığı qadını qətlə yetirdi
Ukraynanın paytaxtı Kiyevdə azərbaycanlı qeyri-rəsmi nikah münasibətlərində yaşadığı qadını qətlə yetirməkdə şübhəli bilinərək saxlanılıb.
Mediatv.az bu barədə Report-a istinadən xəbər verir.
Həmin şəxs özü hadisə yerinə polis çağırıb və cinayəti törətdiyini etiraf edib.
Məlumata görə, oktybarın 10-da, gecə saat 2:00 radələrində naməlum şəxs polis şöbəsinə zəng edərək, qeyri-rəsmi nikah münasibətlərində yaşadığı qadını öldürdüyünü bildirib.
Polis əməkdaşları hadisə yerinə gələn zaman mənzildə cinayəti törətdiyini etiraf edən 23 yaşlı kişi olub.
O, təxminən iki il bir yerdə yaşadığı qadınla mabahisə etdikdən sonra ona bir neçə bıçaq zərbəsi vurduğunu bildirib.
Ekspertlər qətlə yetirilən 22 yaşlı qadının bədəninin müxtəlif yerlərində, xüsusən də boğaz və qarın nahiyələrində bıçaq yaraları aşkar edib.
Saxlanılan şəxsin Kiyevdəki universitetlərin birinin sonuncu kursunda oxuduğu və başqa dövlətin vətəndaşı olduğu məlum olub.
O, əvvəllər cinayət məsuliyyətinə cəlb edilməyib.