Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Bu gün, 13:52)
Baldızının iti üçün də ev alan Naxçıvanın Səhiyyə NAZİRİ…

 Naxçıvan MR Səhiyyə naziri Samiq Sadıxovun şəxsi biznesi kimi idarə etdiyi bərbad halda olan səhiyyə sistemindən dəfələrlə mətbuatda gedən yazılara məhəl qoyulmamağın səbəbi hamıya məlumdur ki,onun ən yaxın havadarı, böyük qardaşım dediyi Fuad Nəcəfli,Azərbaycan hakimiyyətini aldatmaq istəyəndə cənab Prezidentimiz tərəfindən arzusu ürəyində qoyuldu.
Vətəninfo.az xəbər verir ki, tabnınmış jurnalist Sima Babayeva Naxçıvan MR-sı Səhiyyə naziri Samiq Sadıxov və bu günlərə ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə Naxçıvan MR-nın Xüsusi nümayəndəsi posdundan uzaqlaşdırılan Fuad Nəcəfli ilə bağlı məqalə yayımlayıb.Redaksiya olaraq məqaaləni olduğu kimi təqdim etməklə yanaşı, məqalədə səslənən fikirlərlə bağlı qarşı tərəfin də mövqeini dərc etməyə hazırıq.
Məşhur ikili olan Fuadla Samiq
səhiyyədə aparmadığı maxinasiya qalmadı. Razılaşdırılmış tenderler ,pul qazanmaq üçün süni şəkildə artırılan ştatlar,özəl şirkətə satılmış səhiyyə obyektlərindən , ləğv edilmiş vacib tibb müəsissələrindən,bilərəkdən tibbi avadanlıqlar və cihazların sıradan çıxarılmasından tutmuş daha nələr- nələr.
Samiq Sadıxovu nazir kimi görmək arzusundan ötrü Naxçıvanda istənilən adamı məhv etməyə hazır olan Fuad Nəcəfli hətta iclaslardan birində bizim səhiyyə naziri işi ilə boş boğaz mətbuatı susdurur deməkdən belə çəkinmirdi.
İkili whatsapp idarəçilik sistemi və ya otaqda danışmayaq eşidəllər şəhər gəzintisi müzakirələrində sözləşərək istənilən kadrı şərləyərək incidib Naxçıvandan didərgin salmaq işində çox peşəkar idilər.
Arada vəsait üstündə yüngül çəkişmələri olsa da bir-birlərinə çox sədaqətli olan ikili cəmiyyət içində düşman kimi görünək sözləşməsi edəcək qədər yaxın idilər.
Yüngül çəkişməyə bir nümunə göstərmək lazım olsa Sadıxov Nəcəfliyə çatdırmaq əvəzinə direktorların hər birindən 10 000 manat vəsait toplayaraq özünə Bakı şəhərində yeni model avtomobil almasını göstərmək olar,özüdə eyni markadan 2 ədəd,evlərin isə sayı yox,hesabı yox.
Hətta baldızının iti üçün də eyni blokda 3 otaqlı ikinci evi alması tamamilə başqa mövzudur.Əlavə etmək olar ki,Sadıxovun toxunulmazlığın qorumaq üçün 3 ilə yaxın müddətdə səhiyyə nazirliyinə müavinlərin təyinatını da bloklamışdılar.
İndi yeni səlahiyyətli nümayəndə Ceyhun müəllim yəqin ki, bu proseslərdən xəbərdardır və xəstə cəmiyyət yaratmaq arzusunda olan səhiyyə sisteminin başında duran Sadıxova layiqli dərs verərək yetəri qədər əziyyətlər görmüş Naxçıvan əhalisini Samiq bəlasından qurtaracaqdır.Ardı var…
Sima Babayeva
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
17 11 2025
17 11 2025
17 11 2025
17 11 2025
17 11 2025
17 11 2025
17 11 2025
17 11 2025
17 11 2025
17 11 2025
17 11 2025
17 11 2025
17 11 2025
17 11 2025
17 11 2025
16 11 2025
16 11 2025
16 11 2025
16 11 2025
16 11 2025
16 11 2025
16 11 2025
16 11 2025
16 11 2025
16 11 2025
16 11 2025
16 11 2025
16 11 2025
16 11 2025
16 11 2025