Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (15-03-2017, 19:23)
Ziya Məmmədovun müşaviri 800 min manatlıq qızıllarını tələb edir

cingiz

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mənimsəmədə təqsirləndirilən sabiq nəzarətçisi Rövşən Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Mediatv.az:   APA-nın xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi iclasda şahidlər ifadə verib.

R. Əhmədovun oğlu Şahmar Əhmədov deyib ki, Çingiz Baxşıyevi uşaqlıqdan tanıyıb:“Atamla qohumdurlar və mehriban olublar. Sonradan atama bir neçə iş tapşırdı. Həmin işlər atama qaranlıq göründüyü üçün etiraz elədi. Bundan sonra Çingiz atamı hədələməyə başladı”.

Ç. Baxşıyevin kürəkəni Ayaz İbrahimov isə ifadəsində deyib ki, R. Əhmədov qızıllar olan qutunu onlara gətirib: “Həmin vaxt evdə mənimlə yanaşı xidmətçi də var idi. Rövşən qutunu qapının yanına qoyub getdi. Sonra yoldaşım gəldi və bildi ki, qızılların yarısı yoxdur”.

Proses aprelin 4-də davam edəcək.

Xatırladaq ki, R. Əhmədov keçmiş nəqliyyat naziri Ziya Məmmədovun sabiq müşaviri Çingiz Baxşıyevə qarşı mənimsəmədə ittiham edilir. İttihama görə o, Ç. Baxşıyevə məxsus 800 min manat dəyərində qızıl-zinət əşyalarını öz mülkiyyətinə keçirib.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024