Kriminal (14-03-2017, 13:26)
“FHN polkovniki”nə hökm oxunub
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı Dəmir Yolu Qovşağı Mülki Müdafiə Qərargahının sabiq rəisi, polkovnik Əlövsət Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Mediatv.az: “Report”un məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə Ə.Məhərrəmov 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Ə.Məhərrəmovun vətəndaşları aldatması halları 2014-cü ilin sonlarında çoxsaylı şikayətlərdən sonra məlum olub. O, 2015-ci ilin fevralında həbs edilib.
Araşdırma zamanı məlum olub ki, Ə.Məhərrəmov 90 nəfərdən çox vətəndaşa özünü Fövqəlada Hallar Nazirliyinin (FHN) polkovniki kimi təqdim edərək, onları işə düzəldəcəyi vədini verib. O, həmin şəxslərin pullarını alıb, sonradan verdiyi vədə əməl etməyib.
O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham edilib.