Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (6-04-2015, 17:59)
Tanışını qətlə yetirən 19 yaşlı gəncə hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Mingəçevir şəhər sakini, 1996-cı il təvəllüdlü Yasin Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb


Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hakimlər kollegiyasının qərarı ilə Yasin Hüseynov 13 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, qətl  keçən il sentyabrın 25-də axşam saat 19 radələrində Araz küçəsi, 1 ünvanında yerləşən toxuculuq kombinatının qarşısında, metronun “Ulduz” stansiyasının yaxınlığında baş verib. Mingəçevir rayon sakini Yasin Hüseynov aralarında yaranmış mübahisə zəminində tanışı - Bərdə rayon sakini, 1991-ci il təvəllüdlü Rahib Əkbərovun bud nahiyəsinə bıçaqla xəsarət yetirib və hadisə yerindən qaçıb.
Yaralanan şəxs Kliniki Tibbi Mərkəzə çatdırılsa da həkimlər onun həyatını xilas edə bilməyiblər. 

Mərhumun ölümünə kəskin qanaxma səbəb olub. 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024