Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (26-01-2017, 15:47)
Gömrük əməkdaşları məhkəmə zalında həbs olundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Heydər Əliyev adına Beynəlxalq Hava Limanından qanunsuz yolla qızıl-zinət əşyaları keçirməkdə təqsirləndirilən Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları Neman Abbasov, Adil Kazımov, Aytəkin Tağıyeva, Muxtar Qasımov, Türkmənistan vətəndaşı Amanmuhammed Bayliyev və qızıl alverçisi Ziyafət Qurbanovanın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Mediatv.az:  Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Əhməd Quliyev sədrlik edib. Prosesdə hökm oxunub. Hökmə görə, Türkmənistan vətəndaşı olan Aman Muhamməd Bayliyev məhkəmə zalından azadlığa buraxılıb. Ona 1 il sınaq müddəti olmaqla 6 il şərti cəza təyin edilib. Gömrük Komitəsinin əməkdaşı olan Neman Abbasov 9 il müddətinə azadlıqdan məhrum edilib. Zamində olan komitə əməkdaşı Adil Kazımov və Muxtar Qasımov isə məhkəmə zalında həbs ediliblər. Onların hər biri 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Komitə əməkdaşı olan Aytəkin Tağıyeva və Ziyafət Qurbanov isə şərti cəzaya məhkum olunublar. Belə ki, məhkəmə onların hər birinə 6 il şərti cəza təyin edib.

İttihama görə, DGK-nın inspektoru Neman Abbasov qabaqcadan bir qrup şəxslə əlbir olaraq ümumi dəyəri 285 min 585 manat olan qızıl-zinət əşyalarını 17 aprel 2016-cı ildə qanunsuz yolla hava limanindan keçirməyə cəhd edib. Belə ki, Neman Abbasov qızıl alverçisi Ziyafət Qurbanovadan qızılları təyyarəyə keçirmək üçün 2200 dollar rüşvət alıb. N.Abbasov digərləri ilə əlbir olaraq qızılları qanunsuz yolla hava limanı binasından keçirərək tualetdə Türkmənistan vətəndaşına vermək istəyib.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 312 (rüşvət vermə) və 206 (qaçaqmalçılıq) maddələri ilə ittiham irəli sürülüb.

шаблоны для dle 11.2

Xəbər lenti
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
1 05 2024
1 05 2024
1 05 2024