Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (25-01-2017, 16:11)
“Maşallah Əhmədov ya pulumu versin, ya da getsin cəzasını çəksin"

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən tanınmış futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Mediatv.az:   Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Mirzə Xankişiyev sədrlik edib. Prosesdə M.Əhmədov məhkəmədən yanvarın 30-a kimi vaxt istəyib: "Hazırda 45 min manat düzəldib gətirmişəm. Pul tapmaq asan deyil. Güclə ordan- burdan tapmışam. Kimsə Yusifi öyrədib, ona görə belə edir. Yusifə pulu tam ödəmək üçün mənə vaxt verin. Ayın axırı son söz deyərəm. Ondan sonra tutarsınız. Onsuz da Allahdan başqa heç kimdən qorxum yoxdur".

Zərərçəkmiş Yusif Əzizov isə qısa çıxış edib: "İki il yarımdır, gözləyirəm. Niyə ona güzəşt olunmalıdır? Mənim128 min manatımı versin, vermirsə, getsin cəzasını çəksin".

Məhkəmə prosesi yanvarın 30-a kimi təxirə salınıb.

Qeyd edək ki, dövlət ittihamçısı M.Əhmədovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Onu da qeyd edək ki, M.Əhmədov 2015-ci il dekabr ayının 14-də Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Rəsmi məlumata görə, bizneslə məşğul olan "Neftçi"nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin M.Əhmədov sözünə əməl etməyib, həmin şəxslərin pulunu da qaytarmayıb.

2015-ci ilin dekabrın 16-da Binəqədi Rayon Məhkəməsində M.Əhmədov barəsində üç ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Qərardan narazı qalan veteran futbolçu apelyasiya şikayəti ilə Bakı Apelyasiya Məhkəməsinə müraciət edib. Lakin apelyasiya şikayəti təmin edilməyib.

Dekabrın 30-da isə Binəqədi Rayon Məhkəməsi M.Əhmədov barəsində seçilmiş həbs-qətimkan tədbirini ləğv edib.Tanınmış futbolçu ev dustaqlığına buraxılıb.

Ötən ilin avqust ayında isə M.Əhmədovun işi üzrə ibtidai istintaq yekunlaşdırılaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Amma prokurorluq cinayət işinin ibtidai istintaqa qaytarılması barədə qərar çıxarıb. İş yenidən ibtidai istintaqda araşdırılıb.

Xatırladaq ki, Azərbaycan futbolunun ən güclü hücumçularından olan M.Əhmədov 1977-ci ildən "Neftçi" klubunda oynayıb. M.Əhmədov 1995-ci ildə əsas milli komandada məşqçi, U-21-də isə baş məşqçi funksiyasını yerinə yetirib. O, 2008-ci ilin dekabrından etibarən İsgəndər Cavadovun rəhbərlik etdiyi Azərbaycan Regional Futbol Federasiyaları Assosiasiyasının vitse-prezidentidir.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024