Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (18-10-2016, 12:15)
“Maşallah Əhmədova 15 min dollar verdim, krediti qaytara bilmədim”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirli bilinən Maşallah Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Mediatv.az:   Virtualaz.org saytının verdiyi xəbərə görə, prosesə hakim Mirzə Xankişiyevi sədrlik edib.

Prosesdə jurnalistlərin iştirakına imkan yaradılmayıb. Müxbirimizin sonradan əldə etdiyi məlumata görə, çıxış edənlərdən zərərçəkən Sərxan Hüseynov müttəhim Maşallah Əhmədova 15 min dollar pul verdiyini bildirib. S.Hüseynovun sözlərinə görə, həmin pulu bankdan kredit götürübmüş və qaytara bilmədiyinə görə 9 ay müddətinə həbsdə qalıb. Pulu aldıqdan sonra M.Əhmədovun İrana getdiyini bildirən zərərçəkən müttəhimin tutulmasından sonra azadlığa çıxdığını qeyd edib.

Zərərçəkən Yusif Əzizov isə Maşallah Əhmədova külli miqdarda pul verdiyini, lakin geri ala bilmədiyini bildirib.

Proses oktyabrın 25-nə qədər təxirə salınıb.

Qeyd edək ki, Maşallah Əhmədov 2015-ci il dekabrın 14-də Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. İlkin məlumata görə, bizneslə məşğul olan “Neftçi”nin keçmiş futbolçusu bir neçə nəfərə 150 min manatdan artıq dəyərə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin Maşallah Əhmədov sözünə əməl etməyib, həmin şəxslərin pulunu da qaytarmayıb.

Binəqədi rayon Məhkəməsi Maşallah Əhmədov barəsində ev dustaqlığı barədə qərar qəbul edib.

шаблоны для dle 11.2

Xəbər lenti
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024