Kriminal (10-01-2017, 16:14)
63 yaşlı müəllim 9 və 11 yaşlı şagirdlərinə təcavüz edib! - Bakıda
Zorlamada təqsirli bilinən Naxçıvan Muxtar Respublikasının Culfa rayon sakini, 63 yaşlı Abbas Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Mediatv.az: Teleqraf.com-un verdiyi xəbərə görə, Abbas Məmmədov Xətai rayonu, Xudu Məmmədov küçəsində yerləşən Rəssamlıq Hazırlıq Kursunda rəsm müəllimi işləyib. O, yanına rəsm çəkməyi öyrənməyə gələn 2005-ci il təvəllüdlü Nərgiz Məmmədova (ad və soyad şərti verilib) ilə cinsi əlaqədə olub.
Abbas Məmmədov 2014-cü ilin noyabr ayının əvvəllərindən dekabr ayının 14-nə kimi olan müddət ərzində Nərgiz Məmmədova ilə ayrı-ayrı vaxtlarda 7-8 dəfə cinsi əlaqəyə girib.
Növbəti dəfə o, Nərgiz Məmmədovanı hazırlıq kursunun emalatxana otağına aparıb. Orada 11 yaşlı qızı zorla soyunduran müəllim onunla cinsi əlaqədə olub, azyaşlı qıza qarşı seksual xarakterli hərəkətlər edib.
Bundan başqa, Abbas Məmmədov rəssamlıq hazırlıq kursunda 20 iyun 2015-ci il tarixdən 29 iyun 2015-ci il tarixə qədər olan müddət ərzində ayrı-ayrı vaxtlarda ümumilikdə, 6 dəfə 2004-cü il təvəllüdlü Sahibə Əliyeva ilə (ad və soyad şərti verilib) cinsi əlaqədə olub. O, ilk dəfə hazırlıq kursuna gələn Sahibə ilə iyunun 20-də intim münasibət qurub.
Abbas Məmmədov həmin gün Sahibəni hazırlıq kursunun emalatxana otağına dəvət edib. Orada Sahibənin köməksiz vəziyyətindən istifadə edərək, onu öldürəcəyi ilə hədələyib. O, azyaşlı qızın saçından tutaraq dartıb və sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirib. Sonra qıza qarşı seksual xarakterli hərəkətlər edib və daha sonra qeyri-təbii yolla onunla cinsi əlaqəyə girib. Sonuncu dəfə o, Sahibə ilə iyunun 29-da cinsi əlaqədə olub. O, azyaşlı qıza hədə-qorxu gələrək, etdiyi hərəkətlər barədə heç kimə deməməsini tapşırıb.
Lakin həmin gün Sahibə başına gələn hadisəni valideynlərinə danışıb. Bundan sonra Sahibənin valideynləri polisə şikayət edib. Şikayət əsasında Abbas Məmmədov həbs edilib və onun hər iki cinayətinin üstü açılıb.
Abbas Məmmədov Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli hərəkətlər etmək) maddəsi ilə ittiham edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Abbas Məmmədov 12 il müddətinə azadlıqdan məhrum edilib.