Dünya (6-02-2015, 11:14)
Türkiyə parlamentində təcavüz qalmaqalı
Departament rəhbəri ayaqyolunu təmizləyən qadına qarşı seksual xarakterli hərəkətlər edib
Qadına qarşı cinsi zorakılığın qarşısını almaq üçün qanun layihələrinin hazırlandığı Türkiyə Böyük Millət Məclisində (TBMM) təcavüz qalmaqalı baş verib.
TBMM-də departamentlərdən birinin rəhbəri olan A.Ç. ayaqyolunu təmizləyən qadına qarşı seksual xarakterli hərəkətlər edib. Podratçı şirkətin işçisi olan xadimə işdən qovulacağından qorxaraq əvvəl bu işə səsini çıxarmayıb. Daha sonra bu hərəkətlərin ağır nəticələri ola biləcəyini fikirləşən 2 övlad anası dul qadın ağlayaraq öz rəhbərinə şikayət edib.
Faktla bağlı TBMM rəhbərliyinə məlumat verilib və araşdırma başladılıb. İddiaları qəbul etməyən A.Ç.nin maaşı kəsilib və ona özünü iddialar qarşısında müdafiə etməsi üçün 7 gün vaxt verilib. Həmçinin A.Ç. istintaq başa çatana qədər tutduğu vəzifədən azad edilib. (ans)