Türkiyədə əməliyyat keçirən polis məscid imamının maşınında həşiş tapıb.
Mediatv.az xəbər verir ki, Konyaaltı Rayon Polis İdarəsinin əməkdaşları əldə olunan məlumata əsasən əməliyyat keçiriblər.
Şübhəli maşın 01 radələrindən saxlanılıb. Maşında araşdırma aparan polis 9 kilo həşiş maddəsi tapıb. Polis bölməsinə aparılan şübhəli şəxsin Hisarçandır məhəlləsindəki məscidin imamı olduğu müəyyən edilib. İmam artıq həbs edilib.
Faktla bağlı araşdırma aparılır.