Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal / Slayd (16-12-2016, 14:37)
Hakim “daş altında yatan ilan”dan danışdı - “Rabitə işi”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş Aparat rəhbəri Vidadi Zeynalov, “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi Səhrab Hümbətov, “Rabitə Mülki Tikinti” MMC-nin direktoru Emin Məmmədov, “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmov, “Təmir Təchizat Servis” MMC-nin direktoru Bayram Vəliyev və "Optik Rabitə Tikinti və Quraşdırma" MMC-nin sabiq durektoru Namazali Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Mediatv.az:   Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Əfqan Hacıyev sədrlik edib.

Prosesdə şahidlər ifadə verib. İlk olaraq Nəriman Hacıyev söz deyib. Şahid ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etdiyini, hazırda həbsdə olan “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərin rəhbəri Bayram Vəliyevin yanında işlədiyini, iş icraçısı olduğunu göstərib: "Telefon xətlərinin çəkilməsini həyata keçirmişik. Mal-materialların alınması, qiymətlərin müəyyən edilməsində iştirak etməmişəm".

Dövlət ittihamçısı Fərid Nağıyevin suallarını cavablandıran şahid görülməyən işlərə görə sənədlərin, aktların hazırlanmadığını deyib. Dövlət ittihamçısı isə şahidə telefon qovşaqlarında görülməyən təmir işlərinə görə aktların hazırlanması ilə bağlı istintaqa ifadə verdiyini xatırladıb.

Bu suala təqsirləndirilən şəxslərdən Bakı Telefon Rabitə İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov cavab vermək istədiyini söyləyib: "Əslində işlər görülüb, bunların xəbəri olmayıb, işlər çox olurdu, çatdıra bilmirdik. Görülməyib deyilən işlərin hamısı görülüb, amma MMC tərəfindən yox, telefon qovşaqlarının işçi qüvvəsi tərəfindən. Sonradan da aktlar hazırlanıb və bunlar da imzalayıb. Məncə, burada cinayət əməli yoxdur".

Şahid özü görülməyən işlərə görə aktları imzalanması ilə bağlı sualları cavablandıra bilməyib.

Digər şahid "Aztelekom" MMC-nin əməkdaşı Yusif Cavanşirov olub. Y.Cavanşirov mal-materialların alınması, aidiyyəti üzrə təhvil verilməsi işlərini gördüyünü deyib, həmçinin "Cavanşir" MMC-nin təsisçisi olduğunu deyib.

Xəzər Rayon Telefon Qovşağının mühasibi Amil Məmmədov da şahid qismində ifadə verib.

İsfintaqa ifadəsini təsdiq edən A.Məmmədov aylıq paket aldığını da qeyd edib. Bayramlarda paket aldığını deyən mühasib kimdən və nə qədər aldığını demək istəməyib.

Hakimin suallarını cavablandıran mühasib ona verilən paketi rəhbərlikdən aldığını deyib.

İsmayıllı Telefon Qovşağının rəisi Elxan Əliyev şahid qismində dindirilərkən ifadəsində ziddiyyətlər yaranıb.

İstintaqa ifadəsində formal tenderlərin keçirildiyini desə də, məhkəmədə fərqli ifadə verib və söyləyib ki, tenderlər formal olaraq keçirilməyib.

Dövlət ittihamçısın sualına cavab olaraq E.Əliyev tenderlərin formal olaraq keçirildiyini təsdiq edib.

Hakim şahidlərə xəbərdarlıq edib və bildirib ki, yalan ifadə verən şəxslərlə bağlı ayrıca material hazırlanacaq və qanunsuz əməllərə yol verənlərlə bağlı tədbir görüləcək.

Məhkəmədə və istintaqda fərqli ifadə verən şahidlərə də xəbərdarlıq edib.

"Gərək insanın bir sifəti olsun. İstintaqda başqa, burada başqa ifadə verirsiniz. İstintaqa verdiyiniz ifadələr daş altında yatan ilan kimidir. Daşın altından çıxır və üzünüzə durur ki, belə deyil. Bir ildən az vaxt keçib. Ancaq əksəriyyətiniz ifadələrinizi xatırlamadığınızı deyirsiniz".

Bakı Telefon Rabitə İstehsalat Birliyinin əməkdaşı Vüqar Mehbalıyev məhkəmədə ifadə verərkən paket aldığını təsdiqləyib.

O, bayramlarda 200-300 manat paketi mühasibatlıqdan aldığını söyləyib.

Xətai Rayon Telefon Qovşağının rəisi Nazim Əliyev məhkəmədə şahid qismində dindirilərkən istintaqa ifadəsini fəsdiq etdiyini deyib.

N.Əliyev təmir-tikinti işlərinin görülməsi üçün tenderlərin keçirildiyini, ən aşağı qiymət təklif edən şirkətlərlə işlədiklərini söyləyib. O, rəhbəri olduğu qovşaqdan kənara əlavə xərclərin çıxarılmadığını bildirib.

Məhkəmə prosesi dekabrın 21-də davam edəcək.

Qeyd edək ki, cinayət işi üzrə nazirliyin strukturuna daxil olan “Aztelekom” MMC, “AzİnTelekom” MMC, “Azərpoçt” MMC, Məlumat Hesablama Mərkəzi və özəl şirkət “Optik Rabitə Tikinti və Quraşdırma” MMC-nin fəaliyyətində də mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı faktları müəyyənləşib. İş üzrə Beytulla Hüseynov, Anar Mustafayev, Emin Məmmədov, Bayram Vəliyevə və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Vidadi Zeynalova, həmçinin “AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərova, “Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayevə və “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədova həmin məcəllənin 179.3.2 və 308.2-ci, MMC-nin baş mühasibi Səhrab Hümbətova isə 179.3.2, 308.2 və 313-cü maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Sabiq Aparat rəhbəri Vidadi Zeynalov və qeyriləri BTRİB üzrə 43.367.598,22 manat, “Aztelekom” MMC üzrə – 51.233.428 manat, “Optik Rabitə Tikinti və Quraşdırma” MMC, “Optik Tikinti Montaj” MMC və “Rabitə-Tikinti” ATSC üzrə - 12.224.746 manat, “Azərpoçt” MMC üzrə 23.846.373,79 manat və “Azintelekom” üzrə 22.471.562 manat olmaqla, ümumilikdə 153.143.708 (yüz əlli üç milyon yüz üç qırx üç min yeddi yüz səkkiz) manat məbləğində dövlət əmlakını mənimsəmə və israf etmə yolu ilə talamaqda ittiham olunurlar.

Qeyd edilən pul vəsaiti müvafiq olaraq həmin təşkilatların vəzifəli şəxsləri, Vidadi Zeynalov və qeyriləri tərəfindən öz aralarında müəyyən edilmiş razılıq əsasında bölüşdürülüb.

Məhkəməyə göndərilən 517 cildlik cinayət işində 205 şahid qeydə alınıb. Cinayət işi üzrə 11 təqsirləndirilən şəxs, 1 zərərçəkmiş şəxsin nümayəndəsi, 1 nəfər isə mülki iddiaçının nümayəndəsi var.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024