Bakıda qətl törədilib.
Mediatv.az xəbər verir ki, Sabunçu Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 1956-cı il təvəllüdü Ramiz Zöhrab oğlu İbrahimov yaşadığı binanın qarşısında arvadı, 1956-cı il təvəllüdlü Səmayə Süleyman qızı Camalovanı bıçaqlayaraq öldürüb. R. İbrahimov qətli törədəndən sonra intihar məqsədilə özünü bıçaqlayıb.
O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir. Qətlin motivi hələlik məlum deyil. (APA)