Dövlət Gömrük Komitəsinin (DGK) “Sınıq Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Mediatv.az-a DGK-dən daxil olan xəbərə görə, yoxlama baxışı Tovuz Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında reallaşdırılıb.
Yoxlama zamanı avtomobildəki gizli saxlanc yerlərindən gömrük nəzarətindən gizlədilən 1480 ədəd pirotexniki vasitə aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.