Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (24-09-2016, 16:35)
23 min siqaret müsadirə edildi – Gömrükdə əməliyyat

siqaret

2 fakt üzrə 23 mindən artıq siqaret aşkar edilib.

Mediatv.az-a  bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Rusiya Federasiyası istiqamətindən “Xanoba” gömrük postunun idxal nəzarəti zonasına daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə baxış keçirilib. Yoxlama zamanı avtomobilin salonunun müxtəlif yerlərindən gömrük nəzarətindən gizlədilən 2 adda 10350 ədəd siqaret aşkar edilərək götürülüb.

“Xanoba” gömrük postunda Rusiya Federasiyası istiqamətindən ölkəmizə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi daha bir minik nəqliyyat vasitəsindən isə 13000 ədəd siqaret aşkar olunub. Siqaretlər avtomobilin salonunda və yük yerində gömrük nəzarətindən gizlədilmiş şəkildə yerləşdirilsə də gömrükçülərin diqqətindən yayınmayıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

 

шаблоны для dle 11.2

Xəbər lenti
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024