“MTN işi” üzrə axtarışa verilən Akif Mustafayevin ("Akula Akif") barəsində olan cinayət işi üzrə icraat dayandırılıb.
Mediatv.az: APA-nın məlumatına görə, A. Mustafayev haqqında axtarış elan edildiyi üçün onun barəsindəki cinayət işi üzrə icraatın dayandırılmasına qərar verilib.
O, tapılıb istintaqa təhvil verildikdən sonra istintaq davam etdiriləcək.
Qeyd edək ki, bir müddət əvvəl “Akula Akif” ləqəbi ilə tanınan A. Mustafayevin İspaniyanın Loret-de-Mar şəhərində saxlanılması haqqında xəbər yayılıb. Onun vəkili Abbas Atakişiyev A. Mustafayevin saxlanıldığını təsdiqləsə də, sonradan buraxıldığını deyib.
Baş Prokurorluğun “MTN işi” üzrə yaydığı məlumata görə, 19 nəfər barəsində həbs-qətimkan tədbiri seçilib. Bir nəfər (Akif Mustafayev) istintaqdan yayındığı üçün haqqında həbs qətimkan tədbiri seçilərək axtarışa verilib.