Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (14-03-2016, 16:51)
Borclara görə həbslər başlandı – Azərbaycanda

 

bitmap-img6

 

Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları kredit borcları olan müştərilərini kütləvi şəkildə məhkəməyə verir

 

Mediatv.az xəbər verir ki, bu haqda “Antikollektor” MMC-nin sədri, iqtisadçı Əkrəm Həsənov məlumat verib.
O, qeyd edib ki, bu gün saat 16.00-da Apelyasiya Məhkəməsində taleyüklü şikayətə baxılacaq:
“11 mart tarixdə Səbail rayon məhkəməsinin hakimi Rauf Əhmədov 28 yaşlı Vahid Kərimovu borca görə 10 gün müddətinə həbs edib. İşin qısa mahiyyəti belədir. Bir vətəndaşın Rabitəbanka 7225,7 manat borcu var. Həmin borc üzrə girov da var. Üstəlik 3 zamin də var. Zaminlərdən biri cümə günü həbs edilən Kərimovdur (yəni borc onun deyil heç). Kərimovun 2 və 3 yaşında körpə uşağı var. Özü və həyat yoldaşı işləmirlər. Buna baxmayaraq, zamin olduğu borc üzrə birtəhər 200 manat tapıb ödəyib.
Borclu və digər zaminlər isə heç nə ödəməyib, onları narahat edən də yoxdur. İcra məmurları girova da tutmağa tələsmir. Yalnız fağır gördükləri Kərimovu təqib edirlər ki, gəl ödə filankəsin borcunu”. Ə.Həsənov bildirib ki, icra məmuru protokol tərtib edərək Kərimova qarşı inzibati xəta haqqında işin icraatına başlayıb:
“Nəhayət, 11 martda (və ya 10 martda, çünki protokolda 2 tarix var və ən azı buna görə protokol qanunsuzdur!) icra məmuru protokol tərtib edərək Kərimova qarşı inzibati xəta haqqında işin icraatına başlayıb. Dərhal da hakim Əhmədov İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə (“Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi”) əsasən Kərimovu həbs edib.
Bu qanunsuzluqdur. Çünki, sözügedən maddəyə görə məsuliyyət yalnız borcun üzrsüz səbəbdən ödənilməməsi halında ola bilər. Hakim qərarının əvvəlində özü Vahid Kərimovu “iki azyaşlı uşağı olan, işləməyən” kimi xarakterizə edir. Gəliri olmayan, heç 2 körpəsini saxlamağa pulu olmayan şəxs başqasının borcunu nəyin hesabına ödəməlidir? Gəliri yoxdursa, deməli, məhkəmə qararını üzrlü səbəbdən icra etmir. Yəni, bunu anlamaq belə çətindir hakim üçün? Kərimovun təqsiri nədir?”
Hüquqşünas deyib ki, qəbul edilmiş qərar Azərbaycanın qoşulduğu “Mülki və siyasi hüquqlar haqqında beynəlxalq Pakt”ın 11-ci maddəsinin və “Avropa İnsan Hüquqları Konvensiyası”nın 4-cü Protokolunun 1-ci maddəsinin kobud şəkildə pozulmasıdır:
“Həmin sənədlərə görə heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Buna görə də iş Avropa Məhkəməsinə getsə, məsələ birmənalı olaraq Vahid Kərimovun xeyrinə həll olunacaq. Vahid Kərimov elə martın 11-də özü qərardan apelyasiya şikayəti verib. Martın 12-də isə onun ailəsi “Antikollektor”a müraciət edib. Bu gündən etibarən mən Vahid Kərimovun vəkiliyəm. Bu gün saat 16.00-da Bakı Apelyasiya Məhkəməsində hakim Qabil Məmmədovun sədrliyi ilə apelyasiya şikayətinə baxılacaq. Hazırda apelyasiya şikayətinə əlavəni hazırlayıram. 
Ümid edirəm ki, 2 körpənin atasını azad edə biləcəyik və bununla da bankların hücumunu kökündə dəf edəcəyik. Əks halda, Avropa Məhkəməsinədək gedəcəyik!
Görəsən, qanunları kobud şəkildə pozaraq əhalini narazı salan və Avropa Məhkəməsində dövlətimizin birmənalı uduzacağı işlərə təkan verərək bizi dünyada rüsvay edən kimlərdir? Görəsən, ilk qaranquşun Rabitəbank olması təsadüfdürmü?
Axı həmin bankın Müşahidə Şurasının sədri Zakir Nuriyev həmçinin Banklar Assosiasiyasının da Prezidentidir. Bugünkü qərarın nəticəsindən asılı olmayaraq hörmət bəslədiyim Zakir müəllimə ayrıca müraciət edəcəyəm”.  (modern.az)
.

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024