Karusel (13-10-2015, 11:39)
Azərbaycanda vəzifəli şəxs inzibati məsuliyyətə cəlb edilib.
“Report”un xəbərinə görə, Nəsimi Rayon Məhkəməsi Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Nəsimi rayon şöbəsinin müdiri Əsgər Əsgərovu 1000 manat məbləğində cərimələyib.
O, İnzibati Xətalar Məcəlləsinin (İXM) 313-1.1-ci (məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə) maddəsi ilə cəzalandırılıb.
Ə.Əsgərov Nəsimi Rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti verib. Şikayətə Bakı Apelyasiya Məhkəməsində baxılacaq. Qeyd edək ki, keçmiş prokurorluq işçisi olan Ramiz Cəfərov pensiyasının düzgün hesablanmamaması barədə iddia qaldırıb. O, DSMF-nin şöbə müdiri Əsgər Əsgərovu məhkəməyə verib.
Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsinə əsasən fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər üç min manatdan beş min manatadək miqdarda cərimə edilir.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024