Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (Bu gün, 14:47)
“Yasamalın mərkəzində gizli qumar şəbəkəsi və qara bazar - vətəndaş ədalət axtarışında”

Qumar şəbəkəsi, bank kartları və “Bizim Məkan”da toplanan “qara bazar” qrupu - vətəndaş ədalət axtarır“Azərbaycan Reallığı”na müraciət edən Bakı sakini Hafiz Mövsümov iddia edir ki, onun ailəsi Mərkəzi Bankın əməkdaşı tərəfindən qurulan dələduzluq sxeminin qurbanına çevrilib. Onun sözlərinə görə, Mərkəzi Bankın Mühafizə Xidmətinin böyük mütəxəssisi, Ağdam rayon sakini Məmmədov Fərid, oğlunu aldadaraq külli miqdarda - ümumilikdə 265 min manat məbləğində pulunu ələ keçirib.Hafiz Mövsümov bildirir ki, Fərid Məmmədov etimad qazanmaq məqsədilə əvvəlcə müxtəlif vaxtlarda borc alaraq geri qaytarıb. Daha sonra isə oğlunu inandırıb ki, onun vasitəsilə “mərc oyunlarından” gəlir əldə etmək mümkündür. “Fərid oğluma heç bir ziyan olmayacağını deyib, qazanc vəd edib. Oğlum da inanıblar və nəticədə 265 min manat pulumuzu ona verib,” - deyə şikayətçi qeyd edir.Vətəndaşın iddiasına görə, bu pullar 60-dan çox Kapital Bank kartına və iki M10 hesabına köçürülüb.Hafiz Mövsümov bildirir ki, məsələ ilə bağlı 2025-ci ilin 19 mart tarixində Cinayət Məcəlləsinin 244-1.2.2-ci maddəsi (Qumar oyunlarının təşkili) ilə cinayət işi başlanıb. Lakin onun sözlərinə görə, bu günə qədər istintaq prosesi formal xarakter daşıyır və real nəticə yoxdur:“Prokurorluğun göstərişinə baxmayaraq, oğlum zərərçəkmiş kimi tanınmayıb. Kart sahibləri dindirilməyib, əsas fiqurlar isə sərbəst şəkildə fəaliyyətlərini davam etdirirlər. Məsələnin üzərinə qəsdən gedilmir,” - deyə Hafız Mövsümov vurğulayıb.İddiaya görə, Mərkəzi Bank əməkdaşı Fərid Məmmədov ifadəsində bildirib ki, pullar əslində ona deyil, Bərdə rayon sakini “Paşa”, Şəki rayonundan olan Anar və “brombet.com” adlı mərc saytını idarə edən şəxslərə çatıb.Vətəndaşın sözlərinə görə, həmin şəxslər Yeni Yasamalda yerləşən “Bizim Məkan” çay evində toplanaraq qeyri-qanuni mərc və pul dövriyyəsi ilə məşğul olurlar.İddialara görə, “Şəkili Anar” kimi tanınan Anar Salamov, hazırda həbsdə olan “qumar kralı” Yusif Bağıyev (“Şəkili Yusif”) ilə yaxın münasibətdədir və onun cinayət işi üzrə istintaqda da dindirilib.Hafiz Mövsümov iddia edir ki, bu şəxslər artıq 20 ilə yaxındır müxtəlif obyektlərdə “qara bazar” kimi fəaliyyət göstərir, sosial şəbəkələrdə isə on minlərlə izləyicisi olan profillər vasitəsilə mərc saytlarını reklam edirlər.Fərid Məmmədovun dediklərinə görə sözügedən şəxslərin “arxasında” məhkəmə-hüquq sistemindən və hüquq-mühafizə orqanlarından nüfuzlu şəxslər dayanır, onları himayə edir. Belə "himayəçilərin" arasında vəkil Rüfət Mirzəliyevin, onun qardaşı Sabunçu Rayon Məhkəməsinin hakimi Ruslan Mirzəliyevin, eləcə də atası Ali Məhkəmənin sabiq hakimi Əsəd Mirzəliyevin adı çəkilir.Hafiz Mövsümov hesab edir ki, bu şəxslərin himayəsi altında milyonlarla manatlıq vəsaitin mənimsənilməsi və leqallaşdırılması baş verir.“Bu şəxslər məhkəmə və hüquq-mühafizə orqanlarındakı əlaqələrindən istifadə edərək məsuliyyətdən yayınırlar. Biz isə sadəcə ədalət istəyirik. Bu qədər açıq faktlara baxmayaraq, hələ də nəticə yoxdur,” - deyə şikayətçi bildirir. Adı çəkilən bütün tərəflərin mövqeyini dərc etməyə hazırıq
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
13 11 2025
13 11 2025
13 11 2025
13 11 2025
13 11 2025
13 11 2025
13 11 2025
13 11 2025
13 11 2025
13 11 2025
13 11 2025
13 11 2025
13 11 2025
13 11 2025
13 11 2025
13 11 2025
13 11 2025
13 11 2025
13 11 2025
13 11 2025
13 11 2025
13 11 2025
13 11 2025
13 11 2025
13 11 2025
13 11 2025
13 11 2025
13 11 2025
12 11 2025
12 11 2025