Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (22-12-2015, 13:38)
"Hər gün 7-8 nəfər saxlanılır"- Nardaran ağsaqqalı

 

“Hal-hazırda Nardaranda vəziyyət stabildir, evlərdə axtarışlar aparılır, amma buna uyğun protokollar tərtib edilmir. Hər gün 7-8 nəfər saxlanılır, onlardan 5-6-sı buraxılır, 2-3 nəfəri isə saxlayırlar”.

 

Mediatv.az xəbər verir ki, bu sözləri Modern.az-a açıqlamasında Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov deyib. O qeyd edib ki, hazırda Nardaranda məscidlər də fəaliyyət göstərmir.

“Uşaqlar davamlı olaraq dərsə gedirlər. Qaz kəndin az bir hissəsinə verilib. İşıq olsa da, imkan daxilində ondan istifadə edilir. Yəni kənddə hər kəsin evində işıq yanmır”.

N.Kərimov Nardaranda tutulanlardan yalnız bir nəfər haqqında məlumat əldə edə bildiklərini vurğulayıb.

“Ailəsindən məlumat öyrəndim ki, kəndin axundu barədə cinayət işi başlanılıb və onu Kürdəxanıya aparıblar. Qalanlar haqqında isə məlumatsızıq”.

Kənd ağsaqqalı onlara Ombudsman Aparatından etdikləri müraciətə cavab verildiyini deyib.

“Dünən Obmudsman Aparatından bizə məlumat verildi ki, kənd camaatı, ağsaqqalları onlara edilən müraciət əsasında Respublika Prokrorluğuna sorğu göndəriblər. Həmin sorğuda kənddən tutulan şəxslər barədə ətraflı məlumat istənilib. Eyni zamanda bizə bildiriblər ki, başqa məlumatlar toplamaq üçün də zəruri tədbirlər görüləcək. Biz də məlumat gözləyirik”.

Xatırladaq ki, noyabrın 26-da polislə dindarlar arasında baş verən silahlı qarşıdurmada 2-si polis olmaqla 6 nəfər həlak olub. “Müsəlman birliyi” təşkilatının sədri Tale Bağırov və 13 tərəfdarı həbs edilib. Noyabrın 30-dək isə kənd sakinləri postlar quraraq kəndə giriş və çıxışı bağlayıblar. Kənd ağsaqqalları ilə hökumət arasında danışıqdan sonra Naradaranda meydan boşaldılıb. Dekabrın 1-dən Nardaran Daxili Qoşunların və polisin nəzarətindədir.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024