Kriminal (19-12-2015, 22:37)
Nardaranda saxlanılanlardan yeni xəbər - 8-dən 5- i sərbəst
Dünən Nardaranda keçirilən əməliyyatlar zamanı saxlanılan 8 nəfərdən 5-i sərbəst buraxılıb. 3 nəfər isə “Banditzm”ə aparılıb.
Mediatv.az xəbər verir ki, bu barədə məlumatı musavat.com-a kənd ağsaqqalı Natiq Kərimov verib.
“5 nəfər dünən axşam buraxılıb. 3 nəfərdən xəbər yoxdur. Əməliyyat hər gün var. Saxlanılanlar var. Buraxılanlar da var. Əksər saxlanılanın taleyindən xəbərsizik. Ailələri də narahatdır. Ombudsmana müraciətimizə də cavab verilməyib”- deyə N.Kərimov bildirib.
Kəndin hələ də Daxili Qoşunların və polisin ciddi nəzarətində olduğunu deyən N.Kərimov qetd edib ki, kəndə kənar yerlərdən gələnlərin girişinə qadağa yenə də qüvvədədir.
Xatırladaq ki, dekabrın 1-dən Nardaran Daxili Qoşunların və polisin nəzarətindədir. Nardaran sakinlərindən başqa heç kim kəndə buraxılmır. Kənddə keçirilən əməliyyatlar zamanı xeyli sayda saxlanılan var. Lakin bu barədə heç bir rəsmi açıqlama verilmir.