Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (Bu gün, 16:38)
Hətta Zatulin də İrəvanı xəyanətdə ittiham etdi

 Bu, təkcə Ermənistanın xarici siyasətinin deyil, həm də erməni xalqının şüurunun yenidən formatlaşdırılmasıdır. Bu, onların yaddaşında Rusiya ilə ortaq tarix illərini Qərbdə müttəfiq axtarışı ilə əvəz etmək istəyidir.
Mediatv.az  xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitə sədrinin birinci müavini, ermənipərəstliyi ilə seçilən Konstantin Zatulin Ermənistan hökumətinin AB-yə üzvlük prosesinin başladılması ilə bağlı qanun layihəsini təsdiqləyərək, parlamentə göndərməsini şərh edərkən deyib.
“Təbii ki, AB Paşinyanın istəyindən öz maraqları naminə istifadə edəcək və Ermənistanı qısa müddətli ipdə saxlayacaq. Bütün bunlar Avrasiya İttifaqından çıxmaq deməkdir. 2013-cü ildə Avropa Komissiyasının rəhbərliyi bəyan etmişdi ki, AB və Aİİ-yə eyni vaxtda üzvlük mümkün deyil. Bu gün mövqenin dəyişdiyini düşünməyə əsas yoxdur. Avrasiya İttifaqı bu gün Ermənistan iqtisadiyyatına aşkar faydalar gətirir. Hazırda AB-də heç kim Ermənistanı qəbul etməyə hazır deyil, amma prosesə start veriləcək. Paşinyan Rusiya və Avrasiya İttifaqının digər üzvləri ilə münasibətlərə xəyanət yolu ilə gedir, özünün düşündüyü kimi, postsovet məkanının qucağından çıxmağa çalışır”, - o bildirib.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
10 01 2025
10 01 2025
10 01 2025
10 01 2025
10 01 2025
10 01 2025
10 01 2025
10 01 2025
10 01 2025
10 01 2025
10 01 2025
10 01 2025
10 01 2025
10 01 2025
10 01 2025
10 01 2025
10 01 2025
10 01 2025
10 01 2025
10 01 2025
10 01 2025
10 01 2025
10 01 2025
10 01 2025
10 01 2025
10 01 2025
10 01 2025
10 01 2025
10 01 2025
10 01 2025