Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (29-03-2024, 11:56)
“Mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub”

mene-vezifeli-sexsin-komeyi-ile-185-min-dollar-ziyan-vurub


Mediatv.az-ın əldə etdiyi məlumata görə, dələduzluqda ittiham edilən tanınmış idmançının həmin əməlləri tək törətmədiyi iddia edilir.

Belə ki, cinayət işi üzrə zərərçəkmiş şəxs olan Bakının Binəqədi rayon sakini Allahverən Ağayev bildirib ki, E.Mirzəyev ona məxsus olan bahalı avtomobili vəzifəli tanışının köməyi ilə özgəninkiləşdirib. 

Şikayətçinin sözlərinə görə, ölkədə olmadığı müddətdə E.Mirzəyev həmin şəxslə əlbir olaraq qeyri-qanuni şəkildə, yəni etibarnamə olmadan 90-ON-364 nömrə nişanlı “Range Rover” markalı avtomobili 18.01.2021-ci il tarixdə saxta yolla başqa şəxsə satıb və ona 185 000 dollar ziyan vurulub: “Mən başıma gələnlərlə bağlı Nərimanov Rayon Polis İdarəsinə və rayon prokurorluğuna şikayət etdim və bir müddət sonra Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdarda dələduzluq) maddəsi ilə iş açıldı, Mirzəyev Elman Qurbanxan oğlu həbs edildi. Hazırda Nərimanov RPİ-nin İstintaq şöbəsində cinayət işinin istintaqı bitmək üzrədir. Məlum oldu ki, mən 2021-ci ildə mən Ukraynada olduğum zaman Elman Mirzəyev mənə məxsus olan avtomobili işlədiyi “Auto Gallery” avtosalonundan qeyri-qanuni şəkildə götürüb və məndən heç bir icazə almadan, etibarnamə belə olmadan maşını həmin şəxslə əlbir olaraq saxta yolla satıblar”.A.Ağayev başlanmış cinayət işi üzrə Elman Mirzəyevlə yanaşı, ona məxsus avtomobilinin rəsmiləşdirilməsində vasitəçilik etmiş həmin şəxsin də məsuliyyətə cəlb edilməsini xahiş edib.
A.Ağayevin vəkili Vasif İsrafilov da “Qafqazinfo”ya açıqlamasında bildirib ki, məsələ ilə bağlı Baş Prokurorluğun və DİN-in rəhbərliyinə müraciətlər edilib. Hazırda bu istiqamətdə istintaq tədbirləri davam etdirilir.
İddialarla əlaqədar Daxili İşlər Nazirliyinə müraciət etdik. Məsələ ilə bağlı DİN-in Mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı saytımıza açıqlamasında bildirib ki, vətəndaş müraciəti əsasında qəbul edilib, dinlənilib, hazırda aidiyyəti üzrə araşdırmalar davam etdirilir: “Araşdırmaların nəticəsindən asılı olaraq mübahisə predmeti olan avtomobilin hansı formada digər şəxsin adına keçirilməsi aydınlaşdırılacaq”.
Mövzu ilə bağlı Baş Prokurorluğun Mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirildi ki, A.Ağayevin şikayəti əsasında açılmış cinayət işi üzrə araşdırmalar davam etdirilir: “Elman Mirzəyevin Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırda istintaq Nərimanov Rayon Polis İdarəsinin İstintaq şöbəsində davam etdirilir.
İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən qeyd olunan cinayət işi üzrə obyektiv və hərtərəfli istintaqın aparılması təmin edilməklə cinayətlərin törədilməsində iştirakı etmiş şəxs(lər)in əməllərinə, o cümlədən zərərçəkmiş şəxs Allahverən Ağayevin müraciətlərində qeyd etdiyi hallara hüquqi qiymətin verilməsi təmin ediləcək”.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024