Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (15-02-2024, 15:31)
“Bravo”dakı basqın edənlər silahları necə alıblar? – Məhkəmədə faktlar açıqlandı

“Bravo”dakı basqın edənlər silahları necə alıblar?
Bakıda “Bravo” hipermarketin qarşısında silahlı insidentlə bağlı təqsirləndirilən Azər Məmmədov, Dəyanət Qüdrətov, İbrahim İbrahimov, Səbuhi Qurbanov, Babək İsgəndərov və Rövşən İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, fevralın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə baş tutan iclas təqsirləndirilən şəxslərin vəkillərinin gecikməsi səbəbindən vaxtından gec başlayıb.

Hakim Azad Məcidov iclasa gecikən vəkillərə xəbərdarlıq edib. O, məhkəmə iclasının təyin olunmuş vaxtdan 38 dəqiqə gec başladığını nəzərə çatdırıb.

Hakim məhkəmə iclasına gec gələn vəkillərə məhkəmə salonunda gözləyən digər həmkarlarına hörmət etməyi məsləhət görüb: “Proses iştirakçıları bir-birinə hörmət etməlidirlər. Vəkillər saatlarla gözləməli olurlar. Biz ayrıca vaxt ayırırıq ki, bu işi araşdıraq. Həcmi böyük olan cinayət işidir. Belə getsə, bu iş çox uzanacaq. Vəkillərin gec gəlməsi işin gedişinə mane olur”.

Hakimin xəbərdarlığından sonra şahid qismində Xəndan Əliyev ifadə verib.

Bildirib ki, təqsirləndirilən şəxslərdən Dəyanət Qüdrətovu tanıyıb. Onun sözlərinə görə, Dəyanət Qüdrətov onların silah satışı mağazasında ovçuluq məqsədilə silah alıb: “Amma səhəri gün bu hadisə baş verdi. Biz silahı bütün qayda-qanunla satmışıq.

Daxili İşlər Nazirliyinə yoxlama üçün müraciət edilib. Narkoloji testdən keçib, əvvəllər məhkum olmadığı müəyyən edilib. Bu araşdırma aparılandan sonra nazilikdən bizə silahın satılması ilə bağlı müsbət rəy verib. Biz də silahı satmışıq.

Dəyanət silahı almaq üçün müraciət edəndə bir saatdan çox onu sorğu-sual etmişik. Silahı nə məqsədlə aldığını öyrənmişik. O, ovçuluq məqsədilə silahı almaq istədiyini bildirib. Silahı, dəqiq deyə bilməsəm də, 3000-3500 manata satmışıq. Həmin pulu da Əlövsət ödədi. Əlövsət bizim mağazaya Dəyanətlə gəlmişdi. Əlövsətin özü də ovçuluq mağazası işlədir. Amma onun mağazasına silah satmaq üçün lisenziya verilməyib deyə müraciət edən Dəyanəti bundan əvvəl başqa müştərilər kimi bizim mağazaya yönləndirib”.

Bundan sonra dindirilən Zamiq Səfərəliyev bildirib ki, ovçular dükanını direktoru olub. İşçiləri ona silah alan şəxslər barədə məlumat veriblər: “Ov tüfəngi almaq üçün sənəd təqdim olunub. Həmin sənəd əsasında da onlara silah satılıb”.

Vəkillərin suallarına cavabda təqsirləndirilən Dəyanət Kərimov deyib ki, silahın alınması üçün verilən pul Ruhlan İsmayılovun olub: “Ruhlan pulu Əlövsətə vermişdi. Əlövsət də pulun özünə məxsus olduğunu deyib və silah satan mağazanın işçilərinə ödəyib”.

Şahid qismində adı keçən Əlövsət Bağırov bildirib ki, özünə məxsus ovçular dükanı var və həmin dükanı işlədir: “Dəyanət və Ruhlan silah almaq üçün mənə müraciət etdilər. Həmin vaxt mənim mağazamın silah satmaq üçün lisenziyası yox idi. Onlar məndən əvvəlcə silah almağın yollarını öyrəndilər. Mən də onlara silah almaq barədə toplanan sənədlər barədə məlumat verdim. Ruhlan silah almaq üçün müvafiq qurumdan müraciət etsə də, ona müsbət cavab vermədilər. Çünki o, Məştağada psixiatriya xəstəxanasında qeydiyyatda idi.

Daha sonra silah almaq üçün Dəyanət sənəd gətirdi. Onunla söhbət zamanı dedi ki, özü polisə işə düzələcək, polis olmaq istəyir, hətta bununla bağlı sənədlərinin də müvafiq quruma təqdim etdiyini söylədi. Mən də onları silah almaları üçün Zamiqgilin dükanına apardım. Orada sənədləri yoxladıqdan sonra silahı satdılar. Pulu da mağazaya mən ödədim”.

Əlövsət Bağırov Dəyanət Qüdrətov və Ruhlan İsmayılovla birlikdə silah satılan mağazaya getməsi, silahın pulunun ödənməsi barədə tərəflərin suallarına belə cavab verib: “Bu şəxslər müştəri kimi mənə müraciət etmişdilər. Mən də onları həmin mağazaya aparmışam. Səbəb alınan silahdanmənə faiz çatması idi. Əvvəllər də həmin mağazaya müştəri aparmışam. Məqsədim qazanc əldə etməkdi. Indi hamı belə işləyir. Mən müştəri ilə getməyəndə mənə faiz vermirdilər. Deyirdilər ki, müştərinin özü gəlib. Buna görə məcbur qalaraq müştəri ilə həmin mağazaya getmişəm”.

Daha sonra ifadə verən Eyvaz Əliyev bildirib ki, bu hadisədən 5-6 ay əvvəl maşının satıb. Maşının bazarda satdığı üçün kimin aldığını bilməyib. Sonradan ifadə alınması üçün prokurorluğa çağırılıb: “Prokurorluqda bildim ki, “Bravo”da baş verən hadisə yerinə mənim satdığım maşınla gediblər. Mənim başqa heç bir məlumatım yoxdur”.

Digər şahid Elvin Abdullayev deyib ki, hadisə baş verən vaxt “Bravo”da mühafizə rəisi işləyib:

“Birdən səs-küy gəldi. Elə bildim, partlayış oldu. Şüşənin qırılmasından çölə çıxdım. Gördüm, inkassatorla gələn şəxslərə atəş açılıb. Təqsirləndirilən şəxslərdən Dəyanət Qüdrətovu tanıyıram. Onu da mağzanın kamerlarına baxarkən görmüşəm. Gördüm ki, iki nəfər qaçır. Birinin əlindən tapança, digərinin də avtomatı var. Dəyanət silahdan atəş açmaq istəyirdi. Digər şəxsin isə (əməliyyat zamanı məhv edilən Ruhlan İsmayılovu nəzərdə tutur – red.) avtomatdan atəş açması kameralara düşmüşdü. Onun atəş açmasına kameralara baxanda şahidi oldum”.

Daha sonra təqsirləndirilən Səbuhi Qurbanovun vəkili Cavanşir Qasımzadə vəsatətlə çıxış edib. O bildirib ki, müvəkkili ibtidai istintaqın sonunda müstəntiqin təzyiqi altında cinayət işinin materialları ilə tanış olmadığı halda sənədlərə imza atıb. Vəkil deyib ki, Səbuhi Qurbanova cinayət işi ilə təkrar tanış olması üçün şərait yaradılmalıdır.

Hakim isə deyib ki, təqsirləndirilən Səbuhi Qurbanovun istintaq dövründə vəkili olmuş İqbal Həsənovla birlikdə cinayət işi ilə tanış olduqları barədə sənədlərə imza ediblər. Bu barədə müstəntiqin də qərarı var. Hakim deyib ki, narazılıq varsa, o zaman müstəntiqin həmin qərarından şikayət edə bilərlər.

Növbəti proses fevralın 21-də davam edəcək.

İttihama görə, 2023-cü ilin martın 4-də qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən paytaxtın Xətai rayonu ərazisində yerləşən “Bravo” hipermarketinə edilən silahlı basqın nəticəsində xidməti vəzifəsini yerinə yetirərək orada quraşdırılmış və “Unibank Kommersiya Bankı” ASC-yə məxsus bankomata pul vəsaitlərini yerləşdirən Samir Şaydayevə ağır xəsarət yetirilməsi, onun mühafizəsini təşkil edən Rüfət Həşimovun isə öldürülməsi, eləcə də külli miqdarda pul vəsaitinin ələ keçirilməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin törədilməsində iştirak edən Ruhlan İsmayılov tutularkən polis əməkdaşlarına qarşı silahlı müqavimət göstərdiyi üçün zərərsizləşdirilib.

Ölmüş təqsirləndirilən Ruhlan İsmayılovun qeyd edilən cinayətdə təqsiri istintaq zamanı tam sübuta yetirilmiş olsa da, onun barəsində cinayət yeni xarakterli xüsusatlar aşkar edildiyinə görə iş materiallarından barəsində cinayət işi ayrılaraq istintaqı davam etdirilir.

Cinayətin törədilməsində istifadə edilən AKS Lancaster-03” markalı yivsiz ov tüfəngi, “Makarov” tipli tapança, həmçinin təqsirləndirilən şəxslərin yaşadığı ünvandan “Minta37” markalı tapança, çoxsaylı döyüş sursatları, “Unibank Kommersiya Bankı” ASC-yə məxsus 16 min 835 manat və 20 min 100 ABŞ dolları məbləğində pul vəsaitləri aşkar edilib.

Məlum olub ki, təqsirləndirilən şəxslərdən Babək İsgəndərov müharibə veteranıdır, Füzuli və Xocavəndin azad olunması medalları ilə təltif olunub.

Digər təqsirləndirilən Rövşən İsmayılov isə hadisədən sonra polisə müqavimət göstərərkən məhv edilən Ruhlan İsmayılovun atasıdır.

“Bravo”dakı basqın edənlər silahları necə alıblar?

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024