Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (25-12-2023, 09:47)
İş adamının evindən 1 milyonluq oğurluq etdilər - Hökmdən şikayət verdilər

İş adamının evindən 1 milyonluq oğurluq etdilər
Bakıda külli miqdarda oğurluqda təqsirləndirilən dəstə üzvləri - Rüfət Yuzayev, onun qardaşı İbrahim Yuzayev və İlqar Qasımovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi Mirzəli Abbasovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclası dekabrın 27-nə təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rüfət Yuzayev 11 il 6 ay, İbrahim Yuzayev 12 il, İlqar Qasımov isə 11 il 6 ay azadlıqdan məhrum edilib.

İttihama görə, dəstə üzvləri tanınmış iş adamı Riyad Əliyevin evindən oğurluq ediblər. Oğurluq hadisəsi iş adamının Nərimanov rayonu, Xan Şuşinski küçəsində yerləşən dördmərtəbəli fərdi yaşayış evində qeydə alınıb. Əvvəldən hazırlanmış plan əsasında cinayət əlaqəsinə girən şəxslər evdən qiyməti 120 min manat olan 35 kondisioner, kombilər, elektrik kabelləri, plastik borular və digər qiymətli avadanlıqlar oğurlayıblar. Bundan əlavə, evin əşyaları sındırılaraq yararsız hala salınıb. İş adamına dəymiş zərərin ümumi dəyəri 1 milyon manata (926 min 555 manat) yaxın olub. Oğurluğa görə ikisi qardaş olmaqla 3 nəfər - Rüfət Yuzayev, İbrahim Yuzayev və İlqar Qasımov həbs olunub. Onlara qarşı Cinayət Məcəlləsinin 177.4 (Oğurluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd: Riyad Əliyev Azərbaycanda bir sıra şirkətlərə investisiya qoymuş iş adamı, "Riyad” şirkətlər qrupunun sahibi, "Azinteroil” MMC-nin investorudur.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024