Kriminal (6-12-2023, 10:18)
Özünü SOCAR-ın yüksək vəzifəlisi kimi təqdim edən şəxslə bağlı QƏRAR
Gəncə Apellyasiya Məhkəməsində dələduzluqda və rüşvətə təhrik etməkdə təqsirləndirilən Sübhan Tağıyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
Sübhan Tağıyev barəsindəki cəzanın yüngülləşdirilməsini istəyir.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Tovuz rayon sakini, 1996-cı il təvəllüdlü Sübhan Tağıyev özünü bir neçə vətəndaşa Dövlət Neft Şirkətinin (SOCAR) İnsan resursları şöbəsinin səlahiyyətli şəxsi, digər şəxslərə isə “İdeal” adlı şirkətin müdiri kimi təqdim edib, SOCAR-da geniş əlaqələrə malik olduğunu deyib. O, həmin şəxslərə adının isə " Akşin" olduğunu söyləyərək onları işə düzəldəcəyi vədini verib. Sübhan Tağıyev aldatdığı vətəndaşlardan ümumilikdə 7 min manatdan çox pulu dələduzluq yolu ilə ələ keçirib.
Daha sonra aldaldıqlarını görən şəxslər hüquq-müdafiə orqanlarına müraciət edib və Sübhan Tağıyev saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib.
Məhkəmədə Sübhan Tağıyev elan olunmuş ittiham üzrə özünü təqsirli bilib və deyib ki, heç bir yerdə işləmir.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024