Fövqəladə Hallar Nazirliyinin tabeçiliyində olan Suraxanı rayon, Qumadası ərazisində yerləşən bunker SOCAR-ın Sənaye Təhlükəsizlik İdarəsinin rəisi İsgəndər Şirəli tərəfindən dağıdılıb.
AzToday.az-a daxil olan məlumatlarda, səbəb gülməli görünsə də, əslində reallığı əks etdirir. Bunker İsgəndər Şirəlinin oturduğu idarənin qarşısında dəniz mənzərəsinə mane olduğu üçün idarə rəisi qarara gəlib ki, bunkeri yerlə-yeksan etsin. Nəzərə alaq ki, sözügedən bunker 120 metrlik dərinlikdə olub. Bunker ölkədə baş verə biləcək təhlükələrdən siğınacaq yeri kimi istifadə edilməsi üçün nəzərdə tutulubmuş. Lakin İsgəndər Şirəli isə bunun fərqində olmayıb. O dəniz havasından və eləcədə mənzərədən məhrum olmamaq üçün bu cür addım atdığını sadə şəkildə FHN rəsmilərinə bildirib. Bir sözlə İsgəndər Şirəli FHN şefi Kəmaləddin Heydərovun artıq “dişsiz” bir nazirə çevrilidiyindən rahatlıqla istifadə edərək onun “bunkerini” dağıtdırıb. Hazırda FHN-lə SOCAR-ın Sənaye Təhlükəsizlik İdarəsi arasında qalmaqal yaşanır. Deyilənə görə, İsgəndər Şirəli əraziyə baxış keçirmək üçün gələn FHN əməkdaşlarını qovaraq onları hədələyib.
Qeyd edək ki, mediada İsgəndər Şirəlinin korrupsiya əməlləri barədə kifayət qədər faktlar açıqlanıb.
Bunkerin dağıdılmış görüntülərini təqdim edirik: