Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (21-08-2023, 11:22)
Dürdanə Əliyevaya 8 il həbs cəzası tələb olundu

durdane-eliyevaya-8-il-hebs-cezasi-teleb-olundu


“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən iclasda prokuror ittiham nitqi ilə çıxış edib.

Prokuror D.Əliyevanın ittiham olunduğu maddələrlə təqsirli bilinərək 8 il azadlıqdan məhrum edilməsini, məhkəmə zalında dərhal həbs edilməsini tələb edib.

Bundan başqa zərərçəkmişlərin qaldırdığı mülki iddiaların da ödənilməsi  istənilib.

Müdafiə çıxışına hazırlaşmaq üçün vəkilə vaxt verilib.

Xatırladaq ki, D. Əliyevanın məhkəməsi 2 ildir davam edir. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 311.1 (rüşvət alma) və 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham irəli sürülüb, barəsində istintaq dövrü müddətində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.İttihama görə, o, BSU-nun Əlavə və qiyabi təhsil şöbəsinin müdiri olduğu 2018-2021-ci illərdə ümumilikdə 123 tələbədən təhsilhaqqı ödənişləri adı altında 226 min manat pul alıb.

D.Əliyeva özünü təqsirli bilməyib, tələbələrdən alınan pulu universitetin o vaxtkı rektoru Nurlana Əliyevaya verdiyini deyib. N.Əliyeva isə məhkəmədə bütün qanunsuzluqlarda D.Əliyevanı ittiham edib

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024