Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (6-01-2022, 14:38)
Həbsdə olan sabiq icra başçısının məhkəməsi keçirildi

 Lənkəran Ağır Cinayətlər Məhkəməsində Cəlilabad rayon İcra Hakimiyyətinin sabiq icra başçısı Namiq Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Mediatv.az xəbər verir ki, hakim Xamməd Nuriyevin sədrliyi ilə keçirilən iclasda ilk olaraq təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Vəkillər sabiq icra başçısı barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi barədə vəsatət versə də, məhkəmə vəsatəti təmin etməyib.
Məhkəmənin baxış iclası yanvarın 18-ə təyin olunub.
İttihama görə, Namiq Zeynalov Cinayət Məcəlləsinin 179.2.2 (Mənimsəmə və ya israf etmə təkrar törədildikdə) 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə); 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (külli miqdarda rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma), 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunub və Cəlilabad Rayon İcra Hakimiyyətində keçirilən xüsusi əməliyyat zamanı saxlanılıb.шаблоны для dle 11.2

Xəbər lenti
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
26 08 2025