Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (4-08-2023, 12:08)
Xoşqədəmin adından yarım milyonluq dələduzluq edənin cəzası azaldıldı

xosqedemin-adindan-yarim-milyonluq-deleduzluq-edenin-cezasi-azaldildi


Mediatv.az  xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib.

Habil Məmmədovun sədrlik etdiyi hakimlər heyəti belə qənaətə gəlib ki, iş üzrə dəymiş ziyanın bir hissəsinin ödənilməsi yumşaldıcı hal hesab olunmalıdır. Bu əsasla A.Məmmədlinin həbs müddəti 1 il azaldılıb.

Qeyd edək ki, təqsirləndirilən şəxs “Xəzər TV”də müxtəlif vəzifələrdə işləyib. A.Məmmədli zərərçəkmişlərə Xoşqədəm Hidayətqızının verilişinə çıxaracağı, sosial evlərdən mənzil almağa kömək etmək, həbsdən adam çıxarmaq, televiza kanallarının təsərrüfat şöbəsində işə düzəltmək kimi yalan vədlər verərək dələduzluq edib. O, bütün işlərdə Xoşqədəm Hidyətqızının ona kömək edəcəyini deyib.

Cinayət işi üzrə X.Hidayətqızı istintaqda ifadə verib, adından deyilənləri təkzib edib. Məlum olub ki, təqsirləndirilən şəxs mərc oyunlarında külli miqdarda pul uduzub, vəziyyətdən çıxmaq üçün bu yola əl atıb.

Ayxan Məmmədli ümumilikdə 11 nəfərin 480 min manat pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunub. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə külli miqdarda dələduzluqda təqsirli bilinərək 7 il azadlıqdan məhrum edilib.

Fotoda: Ayxan Məmmədli




шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024