Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (23-06-2023, 19:44)
Qızı ilə birgə öldürülən tələbə ərindən şikayətçi imiş? - İcra nümayəndiliyi

Qızı ilə birgə öldürülən tələbə ərindən şikayətçi imiş?
Xəbər verildiyi kimi, iyun ayının 21-də Hökməli qəsəbəsində qətl hadisəsi baş verib.

2003-cü il təvəllüdlü Leyla Hüseynli və 8 aylıq körpəsinin ölməsi barədə Abşeron rayon prokurorluğuna məlumat daxil olub.

Qurumdan bildirilib ki, 1993-cü il təvəllüdlü Fərid Hüseynlinin hadisəni törətməsinə əsaslı şübhələr müəyyən edilib. Bakı Dövlət Universitetinin tələbəsi Leyla Hüseynlinin və onun qızının əri Fərid Hüseynli tərəfindən qısqanclıq zəminində öldürüldüyü deyilir.

Mediatv.az-ın məlumatına görə, məsələ ilə bağlı Hökməli qəsəbəsinin icra nümayəndəsinin müavini Güləhməd Xəlilov Cebhe.info-ya açıqlamasında bildirib ki, həmin ailə problemli ailə kimi tanınmayıb:

“Ana və uşağı iyun ayının 21-də dəfn olunublar. Fərid Hüseynli özünə də xəsarətlər yetirib, ona görə də oğlan tam sağalmayana qədər məsələnin əsli heç kimə məlum olmayacaq. Hazırda hüquq-mühafizə orqanları araşdırma aparılır. Deyilənə görə, hadisə ailə-məişət zəminində yaranmış problemə görə törədilib. Heç vaxt onların ailəsində problem olmayıb, yəni problem olanda biz bilirik. Bizə isə bununla bağlı müraciət daxil olmayıb”.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
10 07 2025
10 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
8 07 2025