Sosial (13-06-2020, 22:21)
Kürəkən qayınatası və qayınını niyə bıçaqlayıb? - AÇIQLAMA
Xəbər verildiyi kimi, Qobustan rayonunda bıçaqlanma baş verib. Hadisə rayonun Ərəbqədim kəndində qeydə alınıb.Kənd sakini, 1988-ci il təvəllüdlü Zaur Niyazov ailə münaqişəsi zəminində qayınatası, 1955-ci il təvəllüdlü Əhliman Qəhrəmanovu və qayını, 1990-cı il təvəllüdlü Nurlan Qəhrəmanovu bıçaqlayıb. Yaralılar Şamaxı Rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib.
Qobustan rayonu Ərəbqədim bələdiyyə sədir Elbrus Xanatov hadisə ilə bağlı Cebhe.info-ya danışıb.
O deyib ki, kürəkənin qayınatasıgillə hər hansı problemi olmayıb:
“Bu hadisə dünən baş verib. Biz də bıçaqlanmanın sadəcə münaqişə zəmnində baş verdiyini bilirik. Hər iki ailə normal, sakit ailələr kimi tanınır. Münaqişənin konkret səbəbi məlum deyil”.
Bələdiyyə sədri əlavə edib ki, yaralıların vəziyyəti normaldır, yaraları elə də dərin deyil.
Qeyd edək ki, hadisəni törədən iki uşaq atası Zaur Niyazov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Qobustan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025


























