Tərtərdə tüfənglə qətlə yetirilən kişinin kimliyi məlum olub.
Mediatv.az xəbər verir ki, qətlə yetirilən şəxsin Söylən kənd sakini Allahverdiyev Qaryağdı Abbas oğlu olması müəyyən edilib.
O, həmin ərazidə çobanlıq fəaliyyəti ilə məşğul olub.
***
Aprelin 27-də saat 15 radələrində Tərtər rayonu Həsənqaya kəndi ərazisində üzərində xəsarət izləri olan meyit olması barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən Mediatv.az-a bildirilib ki, ilkin məlumata görə kəndin otlaq sahəsində 40-50 yaşlarında olan kişi ov tüfəngi ilə qətlə yetirilib.
Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin saxlanılması istiqamətində tədbirlər görülür.
Əlavə məlumat veriləcəkdir.