Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (1-12-2022, 16:58)
Buzovnada əri və oğlu qətlə yetirilən qadın da ÖLDÜ

 
Paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində əri və oğlu qətlə yetirilərkən yaralanan 1945-ci il təvəllüdlü Şahirə Muradova xəstəxanada ölüb.
O, müalicə aldığı tibb müəssisəində dünyasını dəyişib.
Bununla da evə basqında ölənlərin sayı 3-ə çatıb.
Faktı Baş Prokurorluğun Mətbuat Xidməti "Report"a təsdiqləyib.
Qeyd edək ki, noyabrın 29-da saat 20 radələrində paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində rayon sakinləri - 1939-cu il təvəllüdlü Elbrus Muradovun bıçaq xəsarətlərindən ölməsi, həyat yoldaşı, 1945-ci il təvəllüdlü Şahirə Muradovanın, oğlu 1971-ci il təvəllüdlü Rahil Muradovun, xəsarət alan daha bir nəfər, nəvəsi 1997-ci il təvəllüdlü Elbrus Ağalarovun xəsarət alması ilə bağlı polisə məlumat daxil olub. Xəsarət alan şəxslər xəstəxanaya çatdırılıb.
Yaralılardan daha bir nəfər - 1971-ci il təvəllüdlü Rahil Muradov tibbi müdaxilələrə baxmayaraq xəstəxanada ölüb.
Polis əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin müəyyən olunub saxlanılması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri görülür.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
5 10 2025
5 10 2025
5 10 2025
4 10 2025
4 10 2025
4 10 2025
4 10 2025
4 10 2025
4 10 2025
4 10 2025
4 10 2025
4 10 2025
4 10 2025
4 10 2025
4 10 2025
4 10 2025
4 10 2025
4 10 2025
4 10 2025
4 10 2025
3 10 2025
3 10 2025
3 10 2025
3 10 2025
3 10 2025
3 10 2025
3 10 2025
3 10 2025
3 10 2025
3 10 2025