Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (19-05-2022, 09:54)
FHN taxıl ehtiyatını niyə açıqlamır?

 Bazar ertəsi buğdanın qiyməti Avropa bazarında mütləq rekord qıraraq bir ton üçün 438,25 avroya çatıb.

Bu barədə “France Press” (AFP) agentliyi məlumat yayıb.

“Bu, “Euronext” birjasında mütləq rekorddur. Əvvəlki rekord 2022-ci il martın 7-də buğda ticarətinin hər ton üçün 422,50 səviyyəsində olub”, – deyə Fransanın “Inter-Curtage” broker şirkətinin brokeri Damyen Verkambr qeyd edib.

Bununla yanaşı Odessa dəniz limanının keçmiş əməkdaşı “RİA Novosti”yə bildirib ki, Ukrayna, Avropa İttifaqının təzyiqi altında, Ukraynanın özündə real buğda qıtlığı təhlükəsinin olmasına baxmayaraq, Odessa limanındakı anbarlardan buğda ehtiyatlarını alternativ yollarla ixrac edir:

"Odessa limanının məhdud fəaliyyət göstərməsi taxıl məhsullarının böyük hissəsini dəniz yolu ilə ixrac etməyə imkan vermir. Aİ-nin təzyiqi ilə Reni və İzmail limanları vasitəsilə alternativ marşrut işlənib hazırlanıb”.

Lakin bu gün reallıq odur ki, ərzaq buğdası ilə bağlı dünya bazar qiymətləri artmaqdadır. Yerli istehsal hesabına daxili tələbatı təmin edən ölkələrdən başqa digər ölkələri qıtlıq təhlükəsi gözləyir.

Mövcud vəziyyətlə bağlı yaranacaq qıtlıq və bahalıq Azərbaycanı da gözləyir? Dia.az-ın məlumatına görə, iqtisadçı-ekspert Akif Nəsirli Cebhe.info-ya bildirdi ki, dünyada bahalaşma davam edəcək:

“Çünki Rusiya-Ukrayna münaqişəsindən əlavə dünyanın ən böyük taxıl istehsalçısı olan Hindistanda və Pakistanda istilər, daşqınlar səbəbilə problemlər yaranıb. Bu baxımdan Hindistan ixracı dayandırmağa qərar verib, Pakistan da bu barədə düşünür. Azərbaycana gəldikdə tələbatın böyük əksəriyyətini idxal təmin edir.

Bu sahə idxaldan asılıdır. Hazırda bir tərəfdən Rusiya ixracı dayandırıb. Digər tərəfdən Ukrayna limanları bağlıdır və ixracat məhduudlaşıb, qiymətlər də bahalaşıb. Belə bir şəraitdə Azərbaycanda qıtlığın yaranması, qiymətlərin bahalaşması təbii haldır. Bu, baş verəcək, sadəcə zamana bağlıdır. O zamanı ona görə demək olmur ki, ehtiyatların həcmini bilmirik və hökumət də onu açıqlamır.

Məsələn, Azərbaycanın strateji taxıl ehtiyatı var və Dövlət Taxıl Fondu yaradılıb. Həmin Fondun nizamnaməsinə görə, burada daim 800 min ton, ölkənin yerli tələbatının 50 faizindən artıq ehtiyat olmalıdır. Əgər bu ehtiyat varsa, Azərbaycanın heç bir problemi olmur. Mən şəxsən FHN-ə müraciət etmişəm ki, ehtiyatda nə qədər buğda var? Ancaq açıqlamırlar və bunun da səbəbi odur ki, o Fondda ya buğda yoxdur, ya da cüzi miqdardır. Belə olan halda Azərbaycandada problem yaşanacaq. Əsasən bu ayın sonunda problemlər başlayacaq”.

Ekspertin sözlərinə görə, ancaq bir məsələ də var ki, iyun ayının 3-cü yarısında taxıl biçini başlayacaq:

“Ölkənin 20-30 faizini təmin edəcək qədər taxıl istehsal edilir. Azərbaycanı qarşıdakı 1 ayda buğda biçininin ertələnməsi xilas edə bilər. Ancaq problem bununla bitmir. Daxili istehsal aşağı səviyyədədir. Ona görə də bizim ciddi problemlərimiz avqust-sentyabr ayından sonra başlayacaq. Yerli tədarük sentyabr ayınadək bəs edəcək. Bu il dünyada proqnozlaşdırılır ki, 6-7 milyon ton daha az taxıl istehsal oluna bilər. Ola bilsin ki, 10 milyona çatdı ki, bu da milyonlarla əhalinin ac qalması deməkdir. Azərbaycanın əhalisi 3 milyon ton buğda istehlak edir, reallıdqa 2 milyon tondur. Dünyada ac qalan əhali sayından Azərbaycana da pay düşə bilər”.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024