Karusel (20-12-2014, 21:25)
“Bunun nəticəsində əhali ac qalacaq”
“Putinin verdiyi cavablar kritik vəziyyətə uyğun deyil”
Rusiya prezidenti Vladimir Putinin ənənəvi mətbuat konfransı bu dəfə həssas bir dönəmə təsadüf etdi. Dünya bazarında neftin qiymətinin düşməsinin fonunda rublun məzənnəsində baş verən oynamalar Putinin mətbuat konfransını maraqlı edirdi. Putinin suallara cavab verərkən səsləndirdiyi bir sıra mesajlar da təsadüfi sayılmır. Politoloq Vəfa Quluzadə azadliq.info-ya müsahibəsində bu prosesləri şərh edib:
- Əvvəlki mətbuat konfranslarından fərqli olaraq sonuncu konfransda Putin nümayiş etdirdi ki, gələcəklə bağlı heç bir planı yoxdur. Rusiya hazırda kəskin böhran vəziyyətindədir. Hazırda bütün Rusiya və dünya Putindən cavab gözləyirdi ki, üzləşdiyi böhranı necə ram edəcək. Bundan başqa Rusiyanın xarici siyasəti ilə də bağlı böyük maraq var idi. Amma Putin bu sualların heç birinə cavab vermədi. Putin bütün köhnə məsələləri təkrar etdi. Amma bu köhnə məsələlər yeni situasiyada keçərli deyil. Putin özünü itirən adam kimi göstərdi. Putin deyir ki, bu cür vəziyyət bəlkə daha iki il davam etdi. Rusiyanın 80 faizi çox aşağı əmək haqqı alır. Rublun məzənnəsi düşdükcə bu əmək haqqı da dəyirini bir qədər də itirir. Bunun fonunda da ölkədə ərzaq məhsullarının dəyəri artır. O, yenə də Ukraynadakı siyasətinə, Krımın işğalına bəraət qazandırdı. Ona görə Putinin verdiyi cavablar kritik vəziyyətə uyğun deyil. Rus təhlilçiləri Putinin bu davranışını belə izah edirlər ki, sanki o, başqa ölkədə yaşayır. Hazırda cərəyan edən proseslər isə tam başqa ölkəyə aiddir.
- Belə hesab olunur ki, hazırda Rusiyada baş verənlər Putinin devrilməsi ilə nəticələnə bilər. Bu istiqamətdə iki amil göstərilir. Birinci oliqarxiyanın Putindən narazılığı. Yəni bu zümrə onun devrilməsi üçün hərəkətə keçə bilər. Ikinci məqam isə ölkədə artan narazılıq göstərilir. Putin özü isə mətbuat konfransında saray çevrilişinin ola biləcəyini istisna edib...
- Putinin ətrafında olan oliqarxlar, güc strukturları savadlıdırlar. Onlar anlayırlar ki, çevrilişlə Rusiyanın durumunu qurtarmaq mümkün deyil. Çevriliş nəticəsində hakimiyyətə kim gələ bilər? Liberalları misal olaraq götürək. Hazırda rus cəmiyyəti güc strukturları, oliqarxlar tərəfindən idarə olunur. Hakimiyyətə gələn liberallar ölkəni necə idarə edəcəklər? Putinə bağlı olan oliqarxlar və güc strukturları liberalların sözünə baxacaqmı? Putindən də daha qatı millətçilərin hakimiyyətə gəlməsinə gəlincə isə, bu Rusiyanı daha ağır vəziyyətə sala bilər. Rusiya Qərbə meydan oxumaq, Qərbə qalib gəlmək imkanında deyil. Ona görə Putindən daha qatı millətçilər hakimiyyətə gəlsə onlar Rusiyanın vəziyyətini həll etməyəcək. Putinin söylədiklərində həqiqət var. Rusiyada çevriliş variantının işə düşə biləcəyi inandırıcı deyil. Ölkədəki böhran dərinləşdikcə, proseslər daha da ağırlaşa, stabillik pozula bilər. Bax bu ssenarinin həyata keçməsi mümkündür. SSRI çökəndə Qərbdə narahat oldular ki, əhali kütləvi şəkildə Avropaya üz tutacaq. Ona görə Qərbdə Rusiyanın ətrafında sanitar kardonu yaratmaq haqqında danışmağa başladılar. Hazırda yenə eyni məsələ gündəmə gəlir. Rusiyanın iqtisadiyyatı çökür. Bunun nəticəsində əhali ac qalacaq. Gərək bu ac əhaliyə Avropa kömək etsin. Qaçqın axınına qarşı addımlar atılmalıdır. Onsuz da imkanlı şəxslər Rusiyanı tərk edib. Orta təbəqədən bir qədər yüksək əhali də ölkədən çıxır. Amma böyük bir əhali Rusiyada qalacaq. Putinin yürütdüyü siyasət nəticəsində Rusiyanın heç bir ziddiyyəti həllini tapmadı. SSRI də bu problemləri həll edə bilməmişdi. Hazırda xalqla hakim elita arasında olan uçurum olduqca böyükdür. Özü də bu uçurum getdikcə dərinləşir. Gəlirləri az olan əhali müdafiəsiz qalıb, ölkədə qanunlar işləmir, ciddi məsələlər həllini tapmayıb. Bundan başqa Rusiyada dini problemlər də özünü göstərir. Hazırda Rusiyada xristianlardan başqa dinlər də yaşayır. Rusiyada problemlər çoxdur. Amma onların həlli haqqında heç kəs düşünmür. Rublun məzənnəsi ilə bağlı hansı addım atılacağı bilinmir. Rublun tam çökdükdən sonra hətta yenidən qalxa biləcəyini düşünənlər var. Halbuki bu tamamilə qeyri-realldır. Onu da nəzərə almaq lazımdır ki, Rusiyanın üzləşdiyi keçmiş böhranlar zamanı bu dövlət işğalçı deyildi. Rusiya Krımı açıq şəkildə işğal edib. Qərbdə bu qənaətdədirlər ki, əgər Qərb Rusiyanın bu addımına güzəşt etsə, Rusiya işğalçı siyasətini davam etdirəcək. Ona görə Qərb hazırda ciddi dirəniş göstərir. Qərb Rusiya ilə bütün əlaqələri demək olar ki, kəsib. Rusiya bütün texnologiyalarına görə, Qərbdən asılıdır. Rusiya nə ərzaq təhlükəsizliyini tam təmin edə bilər, nə də sənaye təhlükəsizliyi bu dövlətin qüddrəti daxilindədir.
- Rusiyanın sabiq prezidenti 31 dekabrda gözlənilmədiyi halda Putini varis kimi elan etməsi o zaman çox suallar doğurdu. Yeltsinin hakimiyyətdən getməsi onun səhhəti ilə bağlı izah edilsə də, sonradan eks prezidentin daha 8 il yaşaması bəzi sualları ortaya qoydu. Onlardan bir qismi cavabını tapdı. Məlum oldu ki, Putinin hakimiyyətə gətirilməsində “dərin dövlət”in rolu olub. Hazırda da məhz Rusiyanı idarə edən şəxslərin Putinin hakimiyyətinə son qoya biləcəyi düşünülür...
- Bu cür qərarın verilməsi bir qədər vaxt tələb edəcəkdir. Gərək Rusiyanın hakim elitası düşünsün ki, Putini dəyişdikdən sonra ölkənin başına kimi gətirəcək. Hələlik rus cəmiyyətində hansı siyasətə üstünlük veriləcəyi bilinmir. Putinin Krımı işğal etməsi, milliyyətçiliyin qabardılması uğur kimi dəyərləndirilir. Bütün bu siyasətdən cəmiyyət xilas olmalıdır. Bütün imperiyalar parçalanmağa məcburdur. Rusiyanı da bu aqibət gözləyir. Rusiyanın parçalanmasına yeganə bir məqam mane olur. O da Rusiyanın nüvə dövləti olmasıdır. Hamı narahatdır ki, nüvə dövləti parçalanan zaman nüvə silahı kimin əlinə keçəcəkdir. Putini dəyişməklə Rusiyanı böhrandan çıxarmaq mümkün deyil. Çünki Qərb aqressiv imperiyanı xilas etmək fikrində deyil. Rusiya qərbdən asılı olaraq qalır. Məsələn, Rusiyada yeni iqtidar hakimiyyətə gəldi və Krımdan, Ukraynadan qoşunu çıxardı və imperiyanın daxili ilə məşğul olmağa başladı. Daxildə gücləndikdən sonra Rusiya bir gün yenə də ABŞ-a və Qərbə meydan oxumağa başlayacaq. Bu məsələlər olduqca kəskin sürətdə gündəmə gəlib. Ona görə Qərb Rusiyadakı imperiya sistemini dəyişdirməyi düşünür. Rusiyanın hakim elitası da bunu anlamalıdır. Xalq hazırda əzgin durumdadır. Rusiyanın marketlərindən ərzaq məhsulları əhali tərəfindən alınaraq, evə daşınır.
- Mətbuat konfransında diqqət çəkən daha bir məqam Putinin Ərdoğana bir sıra jestlər etməsi, onun barəsində xoş ifadələr işlətməsidir. Rusiya ilə Qərbin qarşıdurmasının fonunda Türkiyə ilə yaxınlaşması müşahidə olunur. Bu tendensiya hansı həddə qədər davam edə bilər və bu münasibətlər Ankaraya nə vəd edir?
- Hazırda Rusiya Türkiyədən asılıdır. Ona görə Türkiyənin ünvanına çoxsaylı təriflər deyilir. Eyni siyasət Azərbaycana münasibətdə də sərgilənir. Bizə qarşı həmişə düşmən mövqeyi sərgiləyənlər hazırda bizi tərifləməyə başlayıblar. Bu bəyanatlar Rusiyanın nə qədər çətin və dərin böhran içərisində olduğunu göstərir. Türkiyə isə Rusiyanın bu vəziyyətindən yararlanmağa çalışır. Türkiyə bir vaxtlar SSRI-nin çökməsindən sonra Rusiyadan trilyonlar qazandığı kimi indi də hazırkı durumdan faydalanır. Türkiyə ilə Rusiyanın yaxınlaşması mümkün deyil. Türkiyənin Rusiyaya qarşı planları hələ Ukrayna hadisələrindən əvvəl başlamışdı. Türkiyə görür ki, Rusiya böhranlı vəziyyətdədir. Ona görə Türkiyə baş verənlərdən maksimum yararlanmağa çalışır.
- Putin Qərbi müxtəlif ölkələrdə hərbi baza saxlamaqda ittiham edir. Amma özü Rusiyanın hərbi bazalarından danışan zaman yalnız iki dövlətin adını çəkir. Həmin dövlətlər Qırğızıstan və Qazaxıstandır. Amma nədənsə Ermənistanın adı çəkilmir. Ekspertlər hesab edir ki, bu Rusiyanın yaxın zamanlarda maliyyə problemləri üzündən Gümrüdən imtina edə biləcəyi ilə bağlıdır. Bu addım nə dərəcədə realldır?
- Rusiya çar imperiyasının və SSRI-nin siyasətini davam etdirir. Rusiya yaşamaq üçün dəyişməlidir. Amma görünür bu mümkün deyil. Ona görə də Rusiya tam çökməlidir ki, onun yerində nəsə yeni bir müasir dövlət yaransın. SSRI dağıldıqdan sonra Rusiya əsgəri bazalarını Avropadan geri çəkməyə başladı. Hazırkı böhran vəziyyətində Rusiyaya başa salınır ki, onun xilas yollarından biri əsgəri bazalarını geri çəkməkdir. Dondurulmuş münaqişələrin həll olunması da Rusiyaya qarşı irəli sürülən tələblərdən biri olmalıdır. Rusiya çökdükcə əsgəri bazalarını geri çəkməyə məcbur olacaq. Çünki buna həm maliyyə imkanı çatmır, həm də Rusiyaya qarşı olan təzyiq Kremli geri çəkilməyə vadar edir. Necə olur ki, Yanukoviçin zamanında Ukraynada rusları heç kim incitmirdi, amma hakimiyyət dəyişən kimi rusları sıxışdırmağa başladılar.
- Bu yaxınlarda Israil mətbuatında bir məqalə dərc olundu. Məqalədə Qərbin Azərbaycanla Rusiya arasındakı yaxınlaşmadan narahat olduğu vurğulanmışdı. Yaranmış situasiyada Azərbaycanın siyasəti nəyə əsaslanmalıdır?
- Mən bu məqalə ilə tanışam. Hesab edirəm ki, Azərbaycan yeni situasiyanı dəyərləndirməyi bacarmalıdır. Bu Azərbaycanın batmaması, suyun üzərində qalması üçün vacibdir.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024