Karusel (15-12-2014, 21:44)
Bakıda Nazarbayevin azərbaycanca kitabı təqdim edildi
Bu gün Bakıda Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin Azərbaycan dilinə tərcümə olunmuş “Avrasiyanın ürəyində” kitabının təqdimatı olub.
Mediatv.az ın Trend-ə istinadən məlumatına görə, bu, N.Nazarbayevin Azərbaycan dilinə tərcümə edilmiş üçüncü əsəridir.
Kitab Qazaxıstanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə Mahmud Kaşğari adına Beynəlxalq Fondun təşəbbüsü əsasında tərcümə olunub. Daha əvvəl “Qazaxıstan yolu” və “Böhranlı onillik” kitabları tərcümə olunub.
Kitab Qazaxıstanın gənc paytaxtı Astanadan bəhs edir.
Bu gün Qazaxıstan səfirliyi Milli Məclisin deputatları, Azərbaycanda akkreditə olunmuş diplomatik missiyaların, Heydər Əliyev adına Azərbaycan-Qazaxıstan Dostluq Cəmiyyətinin nümayəndələrinin, eləcə də Azərbaycanın görkəmli mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə kitabın rəsmi təqdimatını keçirib.
Qazaxıstanın Bakıdakı səfiri Amangeldi Jumabayev açılış nitqində bildirib ki, kitabda gənc Qazaxıstan dövlətinin təşəkkül tapması yolu təsvir olunub. İlk dəfə 2005-ci ildə çap edilən kitab bir neçə dəfə təkrar dərc edilib və təqribən 30 əcnəbi dilə tərcümə olunub. Səfir Astana şəhərinin tarixi və onun unikal arxitekturası barədə də danışıb.
Tədbirdə Milli Məclisin deputatları da çıxış ediblər.