Karusel (14-12-2014, 20:53)
Adı kredit qalmaqalında hallanan direktor- Məhkəmədə
Adı kredit qalmaqalında hallanan 171 saylı orta məktəbun keçmiş direktori İradə Murğuzova məhkəməyə müraciət edib.
Mediatv.az ın xəbərinə görə, bu barədə virtualaz.org saytına hüquq müdafiəçisi Teymur Rza məlumat verib.
T.Rza dedi ki, keçmiş direktor həmin məktəbin müəlliməsi Mədinə Tağıyevaya qarşı iddia qaldırıb.
Qeyd edək ki, Mədinə Tağıyeva şərəf və ləyaqətinin alçaldıldığını əsas gətirərək İradə Murğuzavaya qarşı Xətai Rayon Məhkəməsində iddia qaldırmışdı. Xətai Rayon Məhkəməsi isə İradə Murğuzovanın mətbuatda Mədinə Tağıyevadan üzr istəməsi və ona 2500 manat təzminat ödəməsi haqqında qərar çıxarıb.
Dekabrın 16-da Xətai Rayon Məhkəməsində keçmiş direktorun iddiasına baxılacaq.
Yada salaq ki, İ.Murğuzova direktoru olduğu məktəbin müəllimələrinin adına müxtəlif banklardan kredit götürərək borcu onlara ödətdirmişdi. Müəllimlər buna etiraz edəndən sonra məsələ ictimailəşdi, nəticədə direktor işdən qovuldu.