Karusel (9-12-2014, 23:05)
Tehranda beynəlxalq konfrans keçirilib – Mövzu “Dünya zorakılığa qarşı”
Dekabrın 9-da Tehranda “Dünya zorakılığa qarşı” mövzusunda beynəlxalq konfrans keçirilib.
Avropa.info-nun AzərTAc xəbəragentliyinə istinadən verdiyi xəbərdə bildirilir ki, konfransın açılışında çıxış edən İran İslam Respublikasının Prezidenti Həsən Ruhani 18 dekabrın hər il dünyada terrorçuluğa qarşı mübarizə günü kimi qeyd olunmasını təklif edib və bu təklifin BMT-yə təqdim ediləcəyini bildirib.
İran Prezidenti son dövrlər dünyanın bir sıra regionlarında terror aktlarının geniş vüsət aldığını nəzərə çatdıraraq bunun dövlətlər üçün çox təhlükəli olduğunu deyib.
Bildirilib ki, İraqda və Suriyada baş verən hadisələrin İslam dini ilə heç bir əlaqəsi yoxdur. Bu terrorçu qruplar İslam dinindən sui-istifadə ilə bəzi qüvvələrin siyasi maraqlarını təmin etmək məqsədi ilə yaradılıb. Onların hərəkətləri və insanlara qarşı törətdikləri cinayətlərə dünya birliyi və başda BMT olmaqla beynəlxalq təşkilatlar göz yummamalıdır.
Həsən Ruhani terrorçuluğu yaradan səbəblərdən danışaraq qeyd edib ki, iqtisadi tənəzzül və yoxsulluğun artması onu doğuran əsas amillərdəndir. Odur ki, dünya birliyi daha çox iqtisadi inkişafa və kasıb ölkələrdə yoxsulluğun aradan qaldırılmasına yardım etməlidir.
Beynəlxalq konfransda Suriyanın, İraqın, Pakistanın, Nikaraquanın xarici işlər nazirləri iştirak ediblər. Dünyanın 40-dan çox ölkəsinin nümayəndələrinin qatıldığı konfransda Azərbaycanı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı təmsil edib.
S.Salahlı konfransın bölmə iclasında müzakirələrdə iştirak edib.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024