Cəmiyyət / Karusel (10-03-2014, 13:14)
Azərbaycanda dini məzhəbləri yaymaq terror sayılacaq
Terrorçuluqla bağlı maddələrə dəyişikliklər olunub və cəzalar xeyli sərtləşdirilib
Azərbaycan qanunvericiliyində terror anlayışının əhatə dairəsi genişləndiriləcək. "Mediatv.az" xəbər verir ki, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsindən APA-ya verilən məlumata görə, “Terrorçuluğa qarşı mübarizə haqqında” qanuna bununla bağlı yeni əlavə və dəyişikliklər təklif olunub.
Təklif edilən müddəalara əsasən terrorçuluğa açıq çağırışlar, Azərbaycan Respublikası vətəndaşlarını və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsləri dini məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında, yaxud dini düşmənçilik zəminində ölkə hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmək, aqressiv dini təriqətlərə qoşularaq silahlı qrup yaratmaq və ölkə daxilində, xaricində terrorçuluğu maliyyələşdirmək terror faktı kimi qiymətləndiriləcək. Cinayət Məcəlləsinin terrorçuluğa dair maddələri bu hallara da şamil olunaraq sərt cəzalar tətbiq ediləcək.
Qeyd edək ki, bu günlərdə Cinayət Məcəlləsində terrorçuluqla bağlı maddələrə dəyişikliklər olunub və cəzalar xeyli sərtləşdirilib.
“Terrorçuluğa qarşı mübarizə haqqında” qanuna edilən əlavə və dəyişikliklər Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024