Karusel (7-12-2014, 09:25)
Bakıda 90 min manatlıq- Şantaj
Bakıda məşhur cərrahı keçmiş pasientinin atası şantaj etməklə ondan külli miqdarda pul alıb.
“Qafqazinfo”nun vesti.az-a istinadən məlumatına görə, Xəzər rayon Polis İdarəsindən bildirilib ki, dekabrın 2-də Bakıdakı məşhur klinikalardan birində çalışan cərrah polisə müraciət edib. Cərrahın sözlərinə görə, o, 2006-cı ildə Azad adlı şəxsi əməliyyat edib. Lakin 2013-cü ildə pasientin atası cərraha zəng edib deyib ki, sizin uğursuz əməliyyatınızın nəticəsində oğlum rəhmətə gedib.
Əgər mənə pul verməsəniz bu barədə polisə xəbər verəcəyəm. Cərrah təcrübəsindəki çox saylı uğurlu əməliyyatlara baxmayaraq pasientin atasına hissə-hissə 90 min manata yaxın pul verib. Sonuncu dəfə pasientin atası cərrahdan 6 min manat istəyib və bundan sonra cərrah polisə müraciət etmək məcburiyyətində qalıb.
Faktla bağlı Xəzər rayon Polis İdarəsində araşdırma aparılır.(lent.az)