Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (28-02-2014, 19:01)
Xəstə gizir kredit götürüb sığınacaq almağa getdi...

Xəstə gizir kredit götürüb sığınacaq almağa getdi...

 

Oğlum erməniləri əsir götürdüyünə görə həbs edildi

 

Salyan rayon sakini Əliqulu Quliyev Almaniyada dünyasını dəyişən oğlunun başına gətirilənlərdən “Axar.az”a danışır. Əliqulu kişinin 64 yaşı var. Qul bazarında işləyib oğlunun borclarını ödəyir. 64 yaşlı atanın dediklərindən aydın olur ki, oğlunun həyatına qarşılaşdığı haqsızlıqlar son qoyub.
 
Oğlu Natiq Quliyev hərbi xidmətə könüllü yollanıb. Xidməti başa vurduqdan sonra 6 ay gizirlik məktəbində oxuyub. Daha sonra yenidən hərbi xidmətə qayıdıb. 2000-2004-cü illərdə Tərtər rayonunda N saylı hərbi hissədə gizir vəzifəsini yerinə yetirib. Bu müddət ərzində Natiq Quliyev Heydər Əliyevin fərmanına əsasən medalla təltif olunub. Atasının dediyinə görə, Natiq çox cəsur, işində məsuliyyətli biri olub.
 
Bir dəfə avtomatın süngüsünü itirən əsgərə onu tapıb yerinə qaytarmağı tapşırıb və ona bir şillə vurub.
Bunu fürsət bilən komandiri vurulan əsgərin ailəsinə məktub yazıb, gizir Natiqdən şikayət edilməsini istəyib.
Komandirin bu hərəkətinə səbəb isə atasının dediyinə görə, Natiqin iki gün əvvəl 2 ermənini tutub hərbi hissəyə gətirməsi olub və komandirlə onun arasında münaqişə də məhz bundan sonra yaranıb.
 
Bundan sonra valideynin şikayəti əsasında tez-tez müstəntiq tərəfindən dindirilməyə çağırılan Natiq Quliyev istintaqa ifadə verməyə gedərkən işini yoldaşlarından birinə tapşırıb, hərbi hissəni tərk edib. Komandir Natiqdən Hərbi Tribunala şikayət verib, onun hərbi hissəni xəbərsiz tərk etdiyini, fərari olduğunu bildirib.
 
Oğlum məhkəməyə 1000 manat verdi ki, icbari iş alsın
 
Məhkəmə Natiq Quliyevə 2 il icbari iş versə də, prokurorluq qərara etiraz edib. Nəticədə Cinayət Məcəlləsinin ən ağır bəndi şamil olunaraq Quliyev Natiq 2004-cü ildə 4 illik həbsə məhkum olunub.
 
Natiqin atası deyir ki, oğlu günahsız tutulub. Sadəcə, komandir onun oğluna ona görə qəzəblənib ki, Natiq komandirlə yaxın münasibətdə olan erməniləri tutub Azərbaycan tərəfə təhvil verib.
 
3 min pul verib, oğlumu öz əlimlə şikəst etdirdim
 
4 illik həbs həyatı ağır keçib. Natiqin bel nahiyəsinin aşağı hissəsində vəz əmələ gəlib. Azadlığa çıxan kimi ona əziyyət verən vəzin müalicə olunması üçün Bakıda klinikalara baş vurub. Amma vəzi müalicə edə biləcək həkim tapılmayıb. Televiziyalarda reklamı gedən “Meqaplaza” xəstəxanasına gəlib.
Natiq həkimə dərdini danışar-danışmaz, Şəkərov adlı cərrah heç bir analiz götürmədən onu cərrah masasına uzadıb. Üstəlik, əməliyyatı yanlış apararaq, xəstənin onurğa sistemini zədələyib. Bundan sonra Natiq Quliyev bir daha yeriməyib.
 
“Meqaplaza”nın türk müdiri dedi ki...
 
2009-cu ildə həkimin səhv əməliyyatı nəticəsində şikəst olan Natiqin atası “Meqaplaza” xəstəxanasına gəlib həkimdən əməliyyat pulunu geri qaytarmasını istəsə də, həkim pul aldığını danıb. Bunun əvəzində isə klinikanın böyüyü Türkiyə vətəndaşı “bura özəl klinikadır, bizə heç kim heç nə edə bilməz, get, kimə istəyirsən şikayət ver”, - deyib.
 
Həkim terroru
 
O gündən Natiq bir daha yeriyə bilməsə də, bütün ümidlərini xarici ölkələrə, xarici həkimlərə bağlayıb. Tehrana yollanıb. Orda Natiqin yeriməməsinə səbəb kimi həkimin səhlənkarlığı, yanlış əməliyyat aparması göstərilib. Təbrizdə isə Natiqin yenidən əməliyyat edilməsi üçün 4000 min pul istənilib.
 
Xilas yolu
 
Atasının dediyinə görə, kasıb ailə olduqları üçün buna imkanları çatmayıb. Belə olandan sonra hər şeydən ümidi kəsilən Natiq 2013-cü ildə bankdan 1200 manat kredit götürüb və Almaniyadan siyasi sığınacaq almaq üçün yola düşüb.
 
Orda həkimlərin səyi nəticəsində Natiqin ayaqlarında irəliləyiş yaranıb. Atası deyir ki, Natiqlə hər gün internetdə danışırdım, ayın 8-də isə ona zəng çatmadı...
 
Oğlumun ölüm xəbərini ANS-telekanalından eşitdim
 
Qonşular mənə dedi ki, Natiqi ANS-də göstərəcəklər. Evdə oturub “Adam içində” verilişində oğlumun ölüm xəbərini eşitdim. Elgizlə əlaqə saxlamağa çalışdım, cavab vermədilər. Mənim oğlum ölüb, bunlar ondan reklam düzəldirlər.
Oğlunun meyitini Almaniyadan vətənə orda yaşayan azərbaycanlılar yola salıb. Ata oğlunu hava limanından gətirmək üçün Salyan Rayon İcra Hakimiyyətinə müraciət etsə də, İcra Hakimiyyətinin müavini Etibar adlı şəxs “bizim belə bir fondumuz yoxdur”, - deyə yardımdan imtina edib.
 
Dərdli ata Natiqin borclarını ödəmək üçün onun 1-ci qrup əllilik pensiyasının 3 aylıq haqqını, bir də oğlunun ölüm pulunu almaq istəyir və bunun üçün Salyan Rayon VVAQ-dan ölüm şəhadətnaməsini almalıdır. Ancaq ona bu idarədə belə cavab verilib ki, xarici ölkədə ölən insanlara ölü pulu verilmir.
İndi çarəsiz qalan ata “Axar.az” vasitəsilə aidiyyəti qurumlardan onun işinə düzgün baxılmasını xahiş edir. Başqa heç nə... 
шаблоны для dle 11.2

Xəbər lenti
15 11 2024
14 11 2024
14 11 2024
14 11 2024
14 11 2024
14 11 2024
14 11 2024
14 11 2024
14 11 2024
14 11 2024
14 11 2024
14 11 2024
14 11 2024
14 11 2024
14 11 2024
14 11 2024
14 11 2024
14 11 2024
14 11 2024
14 11 2024
13 11 2024
13 11 2024
13 11 2024
13 11 2024
13 11 2024
13 11 2024
13 11 2024
13 11 2024
13 11 2024
13 11 2024